Zaur Mikayılovun Zaqataladakı kadrından XƏBƏRİ VARMI? - İLGİNC FAKTLAR
Ölkəmizdə su təsərrüfatı sahəsi əsas strateji sahələrindən biri hesab olunduğundan, son illər bu sahənin daha da inkişaf etdirilməsi qarşıda duran əsas vəzifələrdən biri hesab olunur.
Belə bir səbəb üzündən də, hal-hazırda bu sahənin inkişaf etdirilməsi, mövcud problemlərinin həlli və s, hər kəsdən, daha çox bu sahəyə cavabdehlik daşıyan vəzifə sahiblərindən əzmkarlıq tələb edir. Çünki, bugünkü ictimai həyatımızın bir sahəsi hesab olunan su təsərrüfatı sahəsini inkişaf etdirmədən nə ərzaq bolluğuna, nə də ki, həlli vacib olan problemlərimizin həllinə nail ola bilərik. Qeyd edək ki, 2019-2024-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı “Dövlət Proqramı”nda əsas prioritet vəzifələrdən biri də, məhz ölkəmizdə su təsərrüfatını inkişaf etdirmək, hər kəsin su ilə təminatının ödənilməsinə nail olmaqdan ibarətdir. Xüsusilə də, regionlarda bu məsələnin həlli daha aktuallıq kəsb etdiyindən, dövlət-hakimiyyət orqanlarının əsas nəzər-diqqəti də, bu sahənin inkişafına yönəldilir.
Bir neçə gün bundan öncə araz.az xəbər portalının redaksiyasına Zaqatala Suvarma Sistemləri İdarəsində yaşanan çoxsaylı biabırçılıqlarla bağlı çatdırılan məlumatlar əsasında, SSİ-nin rəhbərliyindən məsələlərə münasibət öyrənmək istəsək də, bu yöndə istəyimiz elə istək olaraq qaldı. Belə bir səbəbdən də, həmin məlumatları bitərəfli qaydada, yəni qarşı tərəfin mövqeyini öyrənmədən, lazımi dəqiqləşdirməni həyata keçirmədən yayımlamağa məcbur olduq. Redaksiyamıza daxil olan məlumatlarda qeyd olunur ki, Fikrət Şərifovun rəhbərlik etdiyi Zaqatala SSİ-də qol qoyulan maxinasiyalar heç bir halda sərhəd tanımır. Daxil olan məlumatların birində qeyd olunur ki, əslən Zaqatala rayonundan olan 14 nəfərin adı SSİ-də işdə getsə də, həmin şəxslərdən arabir 4-5 nəfəri işə çıxır.
Bundan əlavə, çatdırılan məlumatlarda o da bildirilir ki, Fikrət Şərifovun rəhbərlik etdiyi qurumun əməkdaşları tərəfindən suvarma işlərinin lazımi səviyyədə həyata keçirilməsi ilə bağlı vaxtlı-vaxtında tədbirlər həyata keçirilmir, görülən işlərin çoxu, o cümlədən kollektor-drenaj şəbəkələrinin lildən təmizlənməsi işləri yarımçıq qalır. Bu kimi səbəblər üzündən də, əksər fermerlər, şəxsi təsərrüfat sahibi olan şəxslər çoxsaylı problemlərlə üz-üzə qalırlar. Daha biabırçı hallardan biri də, Zaqatala SSİ-nə aid işlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə ayrılan büdcə pullarının mənimsənilməsi olur. Belə bir səbəbdəndir ki, hal-hazırda Fikrət Şərifov Zaqatala rayonunda ən imkanlı şəxslərdən biri hesab olunur. Diqqət yetirək ki, bu şəxs uzun illərdir bugünkü vəzifəsindən “ikiəlli yapışıb” və bu vəzifəsi ona hörmət-izzət gətirməklə bərabər, eyni zamanda hər ay büdcə pullarına “əl qoymağa” da imkan verir. Məsələn, redaksiyamıza çatdırılan məlumatlardan və media üzərindən apardığımız araşdırmalardan aydın olur ki, Fikrət Şərifov bəzi hallarda idarənin balansında olan bəzi texnikaları, bir çox avadanlıq və mexanizmləri və s. yararsızdır adı altında idarənin balansından çıxarır və az sonra onların satışını həyata keçirməklə, külli-miqdarda gəlir əldə etməyi də bacarır. Bu kimi əməllər dövlət büdcəsinə “qəsd etmək” halı yaratsa da, nədənsə Zaqatala SSİ-nin rəisi bu gün də belə çirkin əməllərdən əl çəkmir. Yəni, o, anlaqlı şəkildə dərk edib başa düşür ki, adicə yeni bir texnikanın alınması dövlətin böyük xərcləri bahasına başa gəlir. Buna baxmayaraq o, oxşar addımlarını bu gün də atmaqda davam edir.
Bu idarədə yaşanan problemlərdən biri də, idarənin balansında olan texnikalardan çoxunun nasaz vəziyyətdə saxlanması olur. Elə ki, rayon ərazisində çay daşqınları baş verir, o halda çay macəralarının təmizlənməsinə, yaxud da baş verəcək fəlakətlərin qarşısının alınmasına ehtiyac duyulur. Həmin vaxtlarda SSİ-nin balansında olan texnikaların işlək vəziyyətdə olmaması, məhz belə bir problemlərin vaxtında qarşısını almağa heç cür imkan vermir. Hər kəsə məlumdur ki, Fikrət Şərifov Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri cənab Əhməd Əhmədzadənin dönəmində bugünkü vəzifəsinə sahiblənib. Belə bir səbəbdən də o, özünü bir növ “toxunulmaz şəxs” hesab edir və hətta o, müəyyən çevrələrdə “Əhməd Əhmədzadə mənim arxa-dayağımdır” deməkdən də ehtiyat etmir. Elə bu kimi arxayınçılığın nəticəsidir ki, Zaqatala SSİ-də korrupsiya halları baş alıb gedir və bu gün Fikrət Şərifov yeni sədri də aldatmağı bacarır. Məsələn, rəis SSİ-nin balansında olan, amma istifadə müddəti çoxdan başa çatmış köhnə su nasoslarına yeni rəng vurdurmaqla minbir maxinasiyalara qol qoymağı da bacarır. Rəsmi sənədlərdə isə, yeni nasoslar alınıb adı altında rəsmləşdirmə işləri həyata keçirilir. Bundan başqa, su kanallarının təmizlənməsi məqsədilə ayrılan yanacaq, sürtkü yağları və s. çox keçmir ki, Fikrət Şərifov tərəfindən “itbata salınır”. Bu cür əməllər idarə rəisinin iştahasını heç cür cilovlaya bilmədiyindən o, yeni-yeni maxinasiyalara qol qoymağın yollarını arayıb tapır. Məsələn, suvarma suyu sakinlərə dövlətin müəyyən etdiyi qiymətdən təqribən üç-dörd dəfə baha qiymətə satılır. Həmin vaxtlarda ayrı-seçkiliyiə yol verilir və tanışlıq, qohumluq, şəxsi münasibətlər və s. daim öndə tutulur. Elə ki, belə bir problemlərlə bağlı Zaqatala SSİ-nin rəisini görüb ona bir neçə sual vermək qərarına gəlirsən, həmin vaxt hər kəsin istəyi elə istək olaraq da qalır. Çünki, Fikrət Şərifov analoqu olmayan idarəçiliyini həyata keçirir. Məsələn, bu şəxs iş saatlarında idarədə olarkən, dərhal özünün oturduğu iş otağının qapısını arxadan bağlayır və idarəyə aid bütün əmr və tapşırıqlarını daxili telefon vasitəsilə tənzimləyir. Elə ki, katibə xanımdan idarə rəisinin işdə olub-olmadığını soruşursan, o halda o, “Fikrət müəllim işdə yoxdur, işə gəlib-gəlməyəcəyi haqda da heç bir məlumatım yoxdur” cavabını verir. Sözsüz ki, katibə xanımın verdiyi belə bir cavab, idarə rəisinin verdiyi tapşırıqlar əsasında verilən cavablar olur. Zaqatala SSİ-də baş verənlər onu söyləməyə əsas verir ki, artıq Fikrət Şərifova “əlvida” deməyin zamanı çoxdan çatıb. Baxmayaraq ki, bu şəxs arabir müəyyən məbləğ pulunun “başından keçir” və bəzi media qurumlarında özünün iş fəaliyyəti haqqında müəyyən təriflər, tərifnamələr və s. yazdırmaqla, məhz özünü yeni rəhbərliyin qarşısında təmizə çıxarmağa çalışır. Amma, o, heç cür onu dərk etmir ki, bu cür gedişlər onu heç də məsuliyyətdən xilas edə bilməyəcək. Çünki, Fikrət Şərifov başdan-ayağa “çirkab”ın içində olan vəzifə sahibidir. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik. Bu yöndə araşdırmamız davam edəcək.
araz.az
Paylaş:
Müəllif : Yazar
Tarix:11-05-2022, 09:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər