"Bu, icra başçıları üçün ölüm hökmünə bərabər olur" - Deputat şəhid atasına edilən hörmətsizlikdən DANIŞDI
"Şəhid ailələrinə qarşı qətiyyən hörmətsizlik etmək olmaz. Onları qəbul etməmək məsələsi də yolverilməzdir". Bunu "Unikal"a açıqlamasında deputat Razi Nurullayev Xızı rayonunun icra başçısı Xəzər Aslanovun şəhid atalarını qəbul etməməsi məsələsinə münasibət bildirərkən deyib.
"Təbii ki, bəzən şəhid ailələri gəlir, ağır danışır, bəzi hallarda həmin problemləri həll etmək olmur. Amma bu o demək deyil ki, şəhid ailəsi qəbul edilməməlidir. Ən azından onları dinləyib, həmin problemlərlə bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldırmaq olar. Ümumiyyətlə, şəhid ailəsi niyə qəbul edilməsin ki? Lap gəlsin qışqır-bağır salsın, yenə də mən hesab edirəm ki, bu, şəhid ailəsinin qəbul edilməməsinə əsas verə bilməz.
Hər bir icra başçısı şəhid ailəsini mütləq şəkildə qəbul etməlidir. İcra başçıları tərəfindən bu məsələdə heç bir bəhanə gətirilə bilməz. Əgər Xızı rayonunda da bu hadisə baş veribsə və sosial şəbəkələrdə insanlar bu məsələni müzakirə edirlərsə, bəzən bu, icra başçıları üçün ölüm hökmünə bərabər olur. Hər bir halda baş verən hadisənin səbəbini də bilmək lazımdır.
İcra başçıları da yaxşı bilir ki, sosial şəbəkədə insanlar hər bir kəsi baltadan iti qamçılayır", - deyə R.Nurullayev bildirib.
Qeyd edək ki, bu gün Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun şəhid atalarını qəbul etməməsinə dair görüntülər yayılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-05-2022, 12:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər