reklam
Regionxeberlericom.az » Sosial » "Bizim müsəlmanın ağlını görürsünüz də..." - ETİRAZ

reklam

"Bizim müsəlmanın ağlını görürsünüz də..." - ETİRAZ


“Bu hərəkəti etməklə görən o iki gənc özünə nə deyir. Bizim müsəlmanın ağlını görürsünüz də. Hacı Zeynalabdin Tağıyev kimi adamın heykəlinə xələl gətirmək olarmı? İndi tələbələrin qarşısındayam, onlar bunu məndən soruşurlar. Onlara deyirəm ki, bu kişi bizi dünyada tanıtdırıb”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov baş verən bu hadisədən təəssüflənib:

“Bir adam bir xalqı görün necə tanıtdıra bilir. Bura bizim vətənimizdir axı. Niyə belə hərəkət edirlər? Düşünürəm ki, insan atasız, anasız, övladsız yaşaya bilir, amma vətənsiz yaşamaq qeyri-mümkündür. Bu vətən hamımızındır və bunu hamımız göz bəbəyi kimi qorumalıyıq. Bunlar vətənsevər adam deyillər. Bir özümüzə baxaq da, nə olar, biz də bir vətənimizi sevək. İndi məhkəmə qarşısına çıxarılan o iki gəncə hansı cəzanın veriləcəyini dövlət bilər. Amma bu hərəkəti onlara heç yaraşdırmadım”.

Qeyd edək ki, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vurmaqda təqsirləndirilən Vüqar Tağızadə və Allahverdi Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.




Paylaş:


Müəllif : Tarix:
11-05-2022, 12:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər