"Bunlar deyəsən, hələ də Cahangir Hacıyevin vaxtında qalıblar…" - GİLEY
Həm özümün, həm də ailə üzvlərimin sənədlərini yeniləmək üçün son 10 gündə bir neçə dəfədir ki, Həsən Əliyev küçəsində yerləşən 1 saylı Asan Xidmətə müraciət etməli oluram.
Bəllidir ki, istənilən sənədi düzəltmək üçün, dövlət rüsumu ödəməlisən. Bunun üçün də, sözügedən Asan Xidmətdə bankların filialları açılır. Bu sahə üzrə fəaliyyət göstərən banklar yaxşı da qazanc götürürlər.
Çünki hər ödənilən rüsumdan əlavə bank da öz xidmət haqqını tutur. Şəkildən gördüyünüz kimi, 1 saylı Asan Xidmətdə bu xidməti Beynəlxalq Bank həyata keçirir.
Hər dəfə bunlara rüsum ödəyəndə əvvəlcədən adama deyillər ki, nağdsız ödəmə (kartla) mümkün deyil. Maraqlıdır ki, işçilər müştəriləri nağd ödənişə sövq etdirmək üçün bir qədər də hədə tonunda danışırlar.
Məsələn , deyillər ki, kartla ödəniş gec olur və ya kartla ödəniş etsəniz işiniz alınmasa pulu geri qaytarmaq mümkün olmayacaq və s.
Mən anlamıram , ölkədə nağdsız ödənişlərin təşfiqi vacib olduğu halda, Azərbaycan Beynəlxalq Bankı öz yarıtmaz fəaliyyətilə ölkənin ən unikal və qüsursuz xidmət modeli olan “Asan”ın adını niyə “Çətin” etməyə çalışır?
Bunlar deyəsən, hələ də Cahangir Hacıyevin vaxtında qalıblar…
Məhəmmədəli QƏRİBLİ,
Azinforum.az-ın baş redaktoru
Paylaş:
Müəllif : Yazar
Tarix:12-05-2022, 09:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər