Qalmaqallı institutun yeni direktorundan qalmaqallı müsahibə - İLGİNC
Bir müddətdir ki, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yeni rəhbər təyin olunub.
İnstitutun direktoru vəzifəsi İradə Axundovaya həvalə olunub.
İllərdir institut ətrafında yaşanan qalmaqallar indi də səngimək bilmir.
İctimaiyyət arasında xəstəxananın fəaliyyəti haqda artıq müxtəlif fikirlər formalaşıb. Bəzi iddialara görə, institutun direktoru dəyişilsə də, mühit eyni olaraq qalmaqdadır. Cebhe.info Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun yeni direktoru İradə Axundova ilə həmsöhbət olub.
- İradə xanım, sizcə, illərdir institut ətrafında yaranan qalmaqalların, indi də səsləndirilən iddiaların səbəbi nədir?
- Hamı iş başındadır, sakit işini görür. Burada sanitar palatanı süpürür, küçəni süpürən həyəti süpürür, qarovulçu binanı qoruyur, həkimlər müayinə və müalicə edir.
- Bəs nə üçün institutdakı vəziyyətin hələ də eyni olduğu, sistemin dəyişilmədiyi bildirilir? İşdən bir müddət əvvəl çıxarılan həkim Füzuli Əliyev sizi Həqiqət Qədirova kimi “Kremlə bağlı olan adam” kimi dəyərləndirib. Hətta sizin Polad Bülbüloğlu ilə tədbirlərin birində ona “Mən Kremlə sadiq olacağam” dediyniz iddia olunur...
- O nə sözdür? Polad Bülbüloğlu nə əlaqə? O, haradan götürüb bu informasiyanı? Həmin həkimin nə ixtiyarı var ki, mənim demədiyim sözləri səsləndirsin?! Mən Avropanın yarıdan çox ölkəsində olmuşam. Amma qürur hissini unutmamışam. Sağ olsun Heydər Əliyev Fondu ki, mən apardı Şuşanı gördüm. Mən Bülbülün evini ziyarət etməyə getmişdim. Bülbülün evində də Polad Bülbüloğlu ilə qarşılaşdım. Mənə çox xoş oldu ki, orada Polad Bülbüloğlu ilə şəkil çəkdirdim.
- Həkim iddia edir ki, sizə təbrik yazıb, ancaq onu bloka atmısınız.
- Axı mənə heç kim zəng edib demir ki, məni niyə boka salmısan. Bu iddia birinci dəfədir. Sözün düzü, Füzuli həkimi tanımıram. Ona görə ki, mən işə gələndə o artıq burada yox idi. “WhatsApp”ımda yalnız tanış adamlar var. Hamını bu şəbəkəyə qəbul etsəm, gərək bütün günü oturum yazışım. Mənim elə bir imkanım və zamanım da yoxdur. Heç kim bunu özünə pis qəbul etməsin, mənim “WhatsApp”ımda yalnız qohumlarım, tanışlarım var. Mən ümumiyyətlə, sosial adam deyiləm. Hələ bu vaxta qədər heç “Instagram”ı bilmirəm ki, necə işlədirlər. Mənim işim protokol yazmaq, təqdimat hazırlamaqdan və s. ibarətdir.
- Dediniz ki, “Instagram”dan istifadə etmirsiniz. Maraqlıdır, hesabınız yoxdur? “Facebook”da necə, aktivsiniz?
- Mənim “Facebook”um var, amma aktiv deyiləm. “Instagram”ım yoxdur, istifadə etmirəm. Mən sizdən bir söz soruşmaq istəyirəm. Siz jurnalistsiniz də. Nə vəkilsizniz, nə istintaq aparan şəxs siniz ki, mənə belə suallar verəsiniz. İnstituta yeni rəhbər kimi gəlmişəm. Mən insanlarla işləyirəm, hamı ilə yaxşı rəftar edirəm.
- Jurnalistin vəzifəsi suallar verməkdən ibarətdir....
- Mən həkiməm, missiyam var. Var işdə olan əlaqə, mən işdə olan müddətdə hamıdan bunu tələb edirəm. İşdən sonra kim kim ilə hara gedir, kim kimlə necə danışır, dostdur, düşməndir, bu, artıq mənim aktivliyim deyil.
- Biz artıq suallar vermirik axı...
- Mən dedi-qodudan təmamən kənaram.
- Biz sizin şəxsi həyatınızla bağlı sual vermirik. Ağciyər Xəstəlikləri İnstitutu ətrafında neçə illərdir söz-söhbət var. Siz direktor təyin ediləndən sonra da bunun davam etdirilyi deyilir. Barənizdə bəzi iddialar var. Məqsədimiz bunlara aydınlıq gətirməkdir. Ötən gün sizə işdən kənarlaşdırılan həkim Füzuli Əliyev işə bərpa ilə bağlı müraciət edəcəkdi.
- Bilirsiniz, işə götürməklə bağlı TƏBİB və İcbari Tibbi Sığorta məşğul olur. Bu, mənim verəcəyim qərar deyil.
- Son olaraq, işinizlə bağlı nələri qeyd edə biləsiniz?
- Əsas məsələ budur ki, mən sosial insan deyiləm və mənim boş vaxtım olanda nəvələrimlə məşğul oluram. Mənim üçün bu əsasdır. Nəinki mən oturub sosial şəbəkələrdə lazım olmayan şeyləri edim. Mən elmi məqalə oxuyaram. Bizim işimiz xəstəni müayinə-müaliə etməkdən ibarətdir.
- Müsahibə üçün təşəkkür edirəm.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-05-2022, 18:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər