reklam
Regionxeberlericom.az » Sosial » “Soliton” şirkətinə istehlakçıları çaşdırdığına görə - İŞ AÇILDI

reklam

“Soliton” şirkətinə istehlakçıları çaşdırdığına görə - İŞ AÇILDI


Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Soliton LTD” MMC-yə iş qaldırıb.

regionxeberlericom.az Banker.az-a istinadən xəbər verir ki, işə 17 may tarixində baxılacaq.

Dövlət Xidmətindən verilən məlumata görə, iş “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü abzasının tələblərinin pozulması əlamətlərinə görə qaldırılıb.

Qeyd edək ki, qanunun 9-cu – “İstehlakçıların çaşdırılması” maddəsinin üçüncü abzasına əsasən, əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanmasına yol verilmir.




Paylaş:


Müəllif : Tarix:
13-05-2022, 18:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər