"Hətəmxan müəllim məktəbin direktor müavinidir" - QALMAQAL
Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbin müəllim kollektivi Xocavənd Rayon Təhsil şöbəsinə ərizə ilə müraciət edib.
Ərizədə bildirilir ki, kollektiv bu məktəbin direktoru ilə birlikdə çalışmaq istəmir. Həmçinin kollektivin yazdığı ərizədə göstərilir:
“Rəhbərimiz qadın müəllimlərlə kobud rəftar edir, qanunsuz işlər görür, vulqar ifadələr işlətməkdən çəkinmir. Tədris ilinin sonu olmasına baxmayaraq, hələ də istədiyi kimi cədvəli dəyişir, yazır, pozur. Bütün şagirdlər və valideynlər hər gün məktəbə şikayətə gəlir. Biz artıq cavab verə bilmirirk. Bu işlə maraqlanın!”
Kollektivin imzası ilə sosial şəbəkədə yayılan müraciətdə göstərilir ki, Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbinin direktoru İngilis Tağıyevin və müavini Hətəmxan Şirinov özbaşınalıq edir, müəllimlərə hədə-qorxu gəlir, tənqid və təhqir edərək onlara hər ay "hörmət" etmədikləri təqdirdə töhmətlə və dərs yükünün azaldılması ilə hədələyir:
“Direktor müəllimlərə “Gedin hara şikayət edirsiz edin” deyərək qeyri-etik sözlərlə təhqir edir. Bura kiminsə şəxsi müəssisəsidir, yoxsa dövlət müəssisəsi?” Bununla bağlı məktəbin direktoru İngilis Tağıyev Cebhe.info-ya bildirib ki, onun barəsində yazılanların hamısı yalandır:
“Mənim 66 yaşım var, özüm də xəstəxanada yatıram. Allaha and olsun, hamısı yalandır. Mənə zəng edib bu barədə məlumat verdilər. Mən artıq ərizəmi də yazmışam, çıxmışam, xəstəxanadayam, yalan sözdür. İndi müəllimdən dərs saatı alırlar? Hamısıının 27-28 saat dərsi var. Hər fəndən 1 müəllim var. Dərs saatı alanda, başqa müəllimə verəndə, vakant yer çıxardıldıqda nazirlikdən başqa müəllim gəlir. Mən dərs verənəm, buraya müəllim gətirənəm? Onu hamı bilir ki, vakant yer ver verməsən, müəllim göndərmirlər. O ki qaldı vulqar sözlərdən istifadəyə, Allaha and olsun ki,mənə elə bir şikayət də gəlməyib. Mənə bir söz deyilməyib. Bilmirəm nə iş görürlər? Hətəmxan müəllim məktəbin direktor müavinidir, dərsi o paylayır, mən də nəzarət edirəm. Heç birini dərs saatı azalmayıb. Ola bilməz ki, Hətəmxan müəllim də belə bir yanlışlığa yol versin. Bilinmir ki, sosial şəbəkələrdə yayan kimdir. Demirlər ki, onu kim yayıb. Mən təhsil şöbəsinə müraciət etdim, and içdilər ki, belə bir şey yoxdur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-05-2022, 15:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər