Adi bir kadr dəyişikliyini GÖRÜN, HARA ÇIXARDILAR... - Diqqətli olmalıyıq... düşmən əli TƏTİKDƏDİR!
Xəbər verdiyimiz kimi, tanınmış teleaparıcı Orxan Fikrətoğlu yeni vəzifəyə təyin olunub. O, Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru seçilib. Bu vəzifəni öncədən yerinə yetirən Tahir Əmiraslanov isə vəzifəsindən azad olunub.
Sözügedən təyinat son günlərin geniş müzakirə olunan mövzularından birinə çevrilib. Kimi O.Fikrətoğlunun bu təyinatını təqdir edib, kimi isə bunu tənqid atəşinə tutub. Bununla yanaşı, məlum vəziyyəti “türk-talış” qarşıdurması müstəvisinə daşımağa cəhd edənlər də olub. Yaranan qalmaqallı durumlabağlı analitik Azər Rəşidoğlu “Sherg.az”a açıqlama verib. O, bildirib ki, bu məsələnin arxasında bizə dost olmayan qüvvələr dayanır:
“Tahir Əmiraslanov Azərbaycanın çox vətənpərvər ziyalısıdır. Bu sahədə də çox böyük işlər görüb. Azərbaycan mətbəxinin dünyada tanınmasında böyük uğurlara imza atıb. Ona gələcəkdəki işində uğurlar arzulayıram.
Məsələnin çox primitiv səviyyədə müzakirə olunması onu deməyə əsas verir ki, pərdə arxasında Azərbaycana dost olmayan ölkələr dayanır.
Bu gün talış mətbəxi, yoxsa türk mətbəxi kimi ayrı-seçkilik ortaya qoymaq yolverilməzdir. Azərbaycanda yaşayan müxtəlif etnik qrupların özünəməxsus mətbəxi var
Bunların hər biri bizim ümumi dəyərimizdir. Bu nemətlər hamımızındır. Yəni, burada sırf türk-talış qarşıdurması yaratmaq cəhdləri, əlbəttə ki, ağlasığmazdır. Təbii ki, talışların qurub yaratdığı, daha çox istifadə etdiyi mətbəx var. Amma bu bütövlükdə Azərbaycanın milli dəyəridir”.
A.Rəşidoğlu sonda hədəf götərib. O, düşünür ki, məsələnin türk-talış qarşıdurması səviyyəsinə gətirilməsi bədxahlarımızın, o cümlədən Rusiya xüsusi xidmət orqanlarının təxribatıdır.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-05-2022, 18:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər