TƏBİB və Səhiyyə Nazirliyi BİRLƏŞİR? - AÇIQLAMA
Azərbaycanda fəaliyyət göstərən 3 səhiyyə qurumunun idarəetməsi ilə bağlı narazılıqlar səngimir. Xüsusilə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) arasında bitməyən idaraetmə bölgüsü ictimaiyyəti hərəkətə gətirib.
4 il əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində publik hüquqi şəxs-“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” yaradıldı. Zaman-zaman Səhiyyə Nazirliyinin səlahiyyətləri TƏBİB-ə verildi. Səhiyyə Nazirliyi isə formal qurum kimi fəaliyyətini davam etdirdi.
Hətta pandeçiya dövründə də TƏBİB aktiv fəaliyyəti və idarəetməsi ilə diqqətdən yayınmadı. Ciddi problemlərə gələndə isə hər iki qurum yaxasını kənara çəkdi. Daha doğrusu məsələyə cavabdehliklərindən boyun qaçıraraq, özlərinin də çaş-baş qaldıqları maraqlı siyasət yürütdülər.
İndi də bu tendensiya davam edir və nəticə etibarilə əhalinin sağlamlığının qorunması istiqamətində ciddi boşluqlar hökm sürür.
Növbəti yerdəyişmə olub və bu dəfə TƏBİB-in bəzi səlahiyyətləri Səhiyyə Nazirliyinə verilib. Artıq illərdir ki, vətəndaşlar 3 qurumun - Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin əlində giriftar qalıb.
Üz tutduqları problemlərə görə həm çaş-baş içindədirlər, həm də elə bu qurumlar tərəfindən get-gələ salınırlar. Bu səbəbdən TƏBİB və ya Səhiyyə Nazirliyinin ləğv edilməsi, yaxud bu qurumların birləşdirilməsi təklif olunur. Dia.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev ya Səhiyyə, ya da TƏBİB-in ləğv olunması təklifi ilə çıxış edib:
“Azərbaycanda İcbari Tibbi Sığorta Agentliyinin fəaliyyətinə ehtiyac var. Çünki bu qurum icbari tibbi sığorta ilə məşğuldur və bütün dünyada da bu sistem mövcuddur. Onlar bu sahəni idarə edir və etməlidir. Amma TƏBİB-lə Səhiyyə Nazirliyinin fəaliyyətinin bu şəkildə olması özünü doğrultmadı. Həmişə bu məsələ ilə bağlı qətiyyətli fikrim o olub ki, Azərbaycanda iki səhiyyə qurumuna ehtiyac yoxdur. Hər iki sahə səhiyyə sistmini bərbad duruma salıb. Üstəlik bilmirsən hansı məsələ ilə bağlı kimə müraciət edəsən. Bəzi səlahiyyətlər Səhiyyə Nazirliyində, bəziləri isə TƏBİB-dədir. Sanki aralarında gizli rəqabət gedir. İki qurumun bu vəziyyətdə olmasının ziyanını çəkən isə vətəndaşlardır. Mən həm deputat, həm də partiya sədriyəm. Özüm ayırd edə bilmirəm. Yoruldum, öyrənə bilmədim. Bu şəkildə idarəçilik yaxşı deyil və məqbul bir yol tapılmalıdır. Ya TƏBİB, ya da Səhiyyə Nairliyi olmalıdır. İki qurumun ikisinin də fəaliyyət göstərməsinin məntiqi izahı yoxdur”.
Deputat qeyd edib ki, dövlət birdirsə, tibb də bir əldə olmalıdır:
“Bu gün hər dövlət qurumunun özünün tibb müəssisəsi və səhiyyə baş idarəsi var. Bu tibb müəssisələri hər bir avadanlıq və imkanlarla təchiz olunub. Bu nə deməkdir? Dövlət idarəsinin yaxşı pulu var və öz müəssisəsini tibbi sistemlə təchiz edəcək, qalanı ölməlidir? Dövlətin içərisində bir səhiyyə qurumu olmalı və vətəndaşlarına bərabər xidmət göstərməlidir. Bu gün vətəndaşı bir xəstəxanadan digərinə futbol topu kimi atırlar. Əsas da gətirirlər ki, filan xəstəxanada aparat yoxdur, digərində var. Əslində dövlət xəstəxanaları özəl xəstəxanalardan daha yüksək şəraitə malik olmalıdır. Xarici ölkələrdə dövlət xəstəxanaları özəl tibb müəssisələrindən daha şəraitli və təchizatlıdır. Bizdə isə əksidir və qəbuledilməzdir. Ya Səhiyyə Nazirliyi, ya da TƏBİB ləğv olunmalıdır. İkisindən biri qalmalıdır”, - deyə Razi Nurullayev əlavə edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-05-2022, 10:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər