“Göylə gedən” AZAL: “Kef edir” - FAKT BUDUR!
AZAL-ın fəaliyyəti və biletlərin baha qiymətə olması dəfələrlə tənqid edilsə də, hələ ki, bu istiqamətdə heç bir irəliləyişə nail olunmayıb.
Ölkəmizdə fəaliyyət göstərən "Amazon Travel Club" şirkətinin direktoru Seymur Allahverdiyev açıqlamasında bildirib ki, Azərbaycanda hava daşınmasında yalnız bir şirkət çıxış edir. Bu da dövlət şirkəti olan AZAL və onun törəmə şirkəti olan BUTA Low Coster (aşağı büdcəli) şirkətidir:
“Bu səbəbdən hava daşınmasında rəqabət mühüti formalaşmayıb. Ölkədə mövcud olan hava limanları da hamısı AZAL-a bağlıdır ki, bu da digər xarici aviaşirkətlərin hava limanından istifadə etməsində maraq yaratmır. Çünki vergilər çox bahadır. Yüksək vergilərin biletin qiymətinə əlavə edilməsi aşağı büdcəli "Low Coster" şirkətlərin konsepsiyasına uyğun gəlmədiyindən, ölkəmizdə çox az şirkətlər fəaliyyət göstərir ki, (Wizz air, Pegasus) onlarda bir istiqamət üzrə fəaliyyət göstərir”.
Qeyd edək ki, hətta ölkə başçısı öz çıxışında AZAL-ın fəaliyyətini tənqid etmişdi:
“AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb. Bütün aeroportlar dövlət tərəfindən tikilib. Bəs bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?”
Xatırladaq ki, bir müddət öncə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, AZAL-da yoxlamalara başlanılıb:
“Elə təşkilatlar var ki, xidmətlərini belə öz gəlirləri hesabına qarşılamırlar”.
Son audit hesabatı 2018-ci ilə aid olan AZAL-ın açıqladığı rəqəm 200 milyon manatdan artıq ziyan idi. Bu da ciddi suallar doğurmuşdu ki, yeganə inhisarçı, bilet qiymətləri həddindən artıq baha olan, hökumət tərəfindən böyük dəstək alan, təyyarələri dövlət büdcəsi hesabına alınan şirkətin niyə ziyanı olsun?
Ekspertlərin fikrincə, AZAL-ın ökənin hava nəqliyyatında “təkhakimiyyətlilyinin” aradan qaldırılmasında, əslində ən yaxşı yol Azərbaycan hava məkanının xarici şirkətlərə açılmasıdır. AZAL-ın xarici şirkətləri ölkəyə buraxmaması və nəticədə rəqabət mühitinin olmaması ilə bağlı qiymətlərin bahalığına son qoyulacaqmı? Dia.az-ın məlumatına görə, millət vəkili Fazil Mustafa bununla bağlı Cebhe.info-ya açıqlamasında bildirib ki, ölkədə turizmin inkişafına effektli bir yanaşma olmadığına görə bu sektoru inkişaf etdirməyə diqqət ayıra bimirik:
“Ona görə də bu sahəni ayrı-ayrı adamların marağına qurban vermişik. Yaxın zamanlarda inanmıram ki, hansısa dəyişiklik olsun. Hər halda çox acınacaqlı bir vəziyyətdir. Əslində dəyişiklik olmalıdır. Əgər olmursa, demək, bu məsələnin inkişafına maraqlı deyillər. Bu sahədə problem oradan qaynaqlanır. Ümid edək ki, gələcəkdə ən azından bundan nəticə çıxarıb ölkənin, turizmin inkişafına kömək göstərilər. Ancaq indiki məqamda bu real görünmür”.
Hesablama Palatasının təftişinin bir nəticəsinin olacağına gəldikdə isə millət vəkili deyir ki, nəticə olacaq, təftiş edəcək:
“Ancaq nə olsun, AZAL-ın fəaliyyətinin bu cür davam etməsi görünür hansısa maraqlara xidmət edir. Hələ ki, bu məsələdə bir dəyişiklik yoxdur”.
Hava limanlarının AZAL-a bağlılığı xarici aviaşirkətlərin hava limanından istifadə etməsində maraq yaratmadığı üçün QSC-nin nəzarətindən çıxarıla bilərmi?
Millət vəkili bu suala cavabında “Niyə AZAL-dan alınsın, əksinə, altenativ qoyulsun, rəqabətsizliyə son qoyulsun və məcbur olub AZAL da normal işləyəcək. AZAL-ın da bu sahədə kifayət qədər təcrübəsi var. Ancaq rəqabətsiz olduğuna görə kef edir. Rəqabət, alternativ imkanlar yaratmaq lazımdır, digər şirkətlər olsun. Nəticədə digər şirkətlər olandan sonra problem özü həll olunacaq. İqtisadiyyatımızın əsas problemi rəqabətsizlikdir. Rəqabət olsa, tamamilə fərqli, başqa situasiya yaranacaq”.
Göründüyü kimi nə qədər ki, rəqabət mühiti yoxdur, hava məkanında xarici şirkətlərin fəaliyyətinin şahidi olmayacağıq və bu da qiymətlərin ucuzlaşmayacağını göstərir.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-05-2022, 15:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər