reklam
Regionxeberlericom.az » Sosial » Firudin Qurbansoy ekstrasensləri “şeytanın qulluqçuları” adlandırdı, Zirəddin Rzayev sərt cavab verdi

reklam

Firudin Qurbansoy ekstrasensləri “şeytanın qulluqçuları” adlandırdı, Zirəddin Rzayev sərt cavab verdi


“Firudin Qurbansoyla şəxsən tanışam. Ona olan hörmətim böyükdür. Bildiyim qədərilə, o, filoloqdur. Filologiya elmləri namizədidir. Bir insan kimi evlərində də olmuşam. Gözəl ailəsi var, yaxşı insandır. Haqqımda elə bir neqativ söz deməyib. Amma Firudin Qurbansoyun ümumi olaraq bu ifadələri işlətməsi böyük səhvdir. Bir filoloqun dini baxımdan ekstrasensləri dəyərləndirməsi və ekstrasensorikanı “şeytani” adlandırması, astrologiyanı elmlə uzlaşdırması xətadır. Əgər bu sözləri bir elmlər namizədi deyil, din xadimi, ilahiyyatçı desəydi, fəlsəfi baxımdan cavab verərdim. Moskva Dövlət Universitetinin Lomonosov adına fəlsəfə fakültəsini bitirmişəm. Ümumiyyətlə, din haqqında ən çox danışma hüququ filosoflara məxsusdur, filoloqlara yox...” Dia.az xəbər verir ki, bu sözləri Pravda.az-a tanınmış ekstrasens Zirəddin Rzayev astroloq Firudin Qurbansoyun ekstrasensləri “şeytanın qulluqçuları” adlandırmasına münasibət bildirərkən deyib.

Z.Rzayev qeyd edib ki, F.Qurbansoyun dini təhsili yoxdur: “O, sadəcə olaraq, öz fikrini söyləyib və bir filoloqun dini fikirlərini dinləmək absurddur. Filologiya hara, astrologiya hara, dini fəlsəfə hara? Bunlar tamam ayrı sahələrdir. İnsandır, öz nöqteyi-nəzərindən yanaşıb... Astrofizika və astronomiya deyə bir elm sahəsi var. Bu iki elm üzrə təhsil alan insanlar müstəqil olaraq astrologiya elmi ilə məşğul olsaydılar, deyərdim ki, bəli, az-çox bu insanlara astroloq deyə bilərəm. Amma Firudin müəllimin filologiya təhsili var. Özünün hobbisi kimi astronomiya ilə məşğul olmaq o demək deyil ki, astroloqsan. Mənim nəzərimdə astroloq Nəsrəddin Tusi, Əl Biruni, İbn Sina, Nizami Gəncəvi, Əlişir Nəvaidir. Bu şəxsləri astroloq adlandıra bilərəm və onların elmi ilə qürur duyuram. İmadəddin Nəsimi - əsl adı Seyid Əlidir. O, ən böyük astroloqlardan biri olub. Ömər Xəyyam, demək olar, astroloqların banisidir”.

Ekstrasens təəssüflə bildirib ki, insanlar nədənsə aqressivləşiblər: “Bu, elə Firudin müəllimin sahəsidir. Onun bürclərimi insanları aqressivləşdirib, ulduzlarlamı bağlıdır? Nə ilə bağlıdırsa, bunu deyə bilmərəm. Elə ən böyük şeytanlığın kökü aqressiv, radikal olmaqdır. İnsanlarda həlimlilik, mərifət yoxdur. Bu sözləri Firudin Qurbansoya şamil etmirəm. Mən ekstrasensəm. Nə qədər “şeytani” olsam da, insanlardakı həlimliyi, insanlığı hiss edirəm. Firudin müəllimdə pis energetika yoxdur. O insanı sevirəm. Xətadır, hamı edir”.

Z.Rzayevin sözlərinə görə, astroloq olmağın da hər kəsdə mərtəbəsi olmalıdır: “Firudin müəllim haranı bitirib? Hansı təhsilə sahibdir? Mən dini təhsil almamışam, amma dini biliklərim yerindədir. İndi oturub bütün gün dini fəlsəfədən, Qurani-Kərimdən, islam tarixindən danışım, özümü də ilahiyyatçı adlandırım. Çıxıb mənə deməzlər ki, hansı universiteti bitirmisən? Qum şəhərindəmi? Əl-Əzhər Universitetindəmi? Dələduzlar həmişə var və olub. Bu, Firudin müəllimin sahəsində də az deyil. Bunu özü də qəbul edir. İnsanları aldatmaq, zərər vermək, bəli, bunlar şeytanidir. Bu da elə astroloqların da, ekstrasenslərin, həkimlərin də içində var. Təbii və qeyri-adi, elmi izahı olmayan hadisələri gətirib şeytaniləşdirməyin özü bir cahillikdir. Mübahisəli məqamdır, lakin hər şeyə dini çərçivədə dəyər vermək, dini elmi mənimsəməmək də cahillikdir. Bu sözü konkret olaraq Firudin Qurbansoyun ünvanına deyə bilərəm. Onun dediyi bu kəlimələr cahillikdir. Nizami Gəncəvinin bir kəlamı var: Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz!" Elmlə yanaşmaq lazımdır, dini nöqteyi-nəzərdən yanaşmaq bizə yaraşmaz. Bu, ilahiyyatçıların, mollaların sahəsidir. Bu sözləri necə demək olar? Axı ayıbdır!”.




Paylaş:


Müəllif : Tarix:
19-05-2022, 11:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər