Sağlamlıq ocağının özünü sağaltmağa ehtiyac var - Masallıda ACINACAQLI MƏNZƏRƏ
Masallı rayonunda yerləşən Böyük Xocavar kəndindəki həkim məntəqəsi qəzalı vəziyyətdədir. Vəziyyət o yerə gəlib çatıb ki, sağlamlıq ocağının özünü, necə deyərlər, sağaltmağa ehtiyac var.
Belə ki, məntəqə 1950-ci illərdə tikilib və bələdiyyənin balansında olan, istismar müddəti bitmiş klubun binasında yerləşir. Banbaşı, Böyük Xocavar və Binə Xocavar olmaqla 3 kəndə xidmət edən həkim məntəqəsi acınacaqlı haldadır.
Sakinləri narahat edən digər problem isə kənddə aptekin olmamasıdır. Əslində, köhnədən qalan aptek binası var, amma bir hissəsi bərbərxana kimi fəaliyyət göstərir. Kənd sakinlərinin sözlərinə görə, xəstəsi olan dərman almaq üçün 10 km uzağa, şəhərə getməli olur.
Antisanitariya vəziyyətin hökm sürdüyü və heç bir şəraiti olmayan tibb məntəqəsinin aqibəti ilə bağlı Masallı Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, binanın qəzalı olması ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib, müvafiq tədbirlər görüləcək.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Paylaş:
Müəllif : Yazar
Tarix:19-05-2022, 11:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər