“Bizim bu AZAL-ın əzəli və əbədi sədrinin milyardları haradandır?” — Partiya sədrindən SƏRT AÇIQLAMA
“AZAL-la bağlı uzunmüddətddir ki, şikayətlər var”. Bunu Demokrat.az-a açıqlamasında Ağ Partiyasının sədri Tural Abbaslı deyib. Partiya sədri bildirib ki, istər qiymətlərinin bahalığı, istərsə də digər ucuz aviaşirkətlərin Azərbaycana buraxılmaması ilə bağlı şikayətlər hər gün artmaqdadır:
“Düşünürəm ki, bu məsələlər artıq həllini tapmalıdır. Amma, təəssüflə qeyd etmək lazımdır ki, AZAL hazırda özəl şirkət kimi işlədilir və monopolist inhisarçı şirkət kimi qiymətləri müəyyən edir. Bundan başqa, ucuz şirkətləri buraxmır və insanları məcbur edir ki, baha qiymətlərlə uçuş biletləri alsınlar. Bu gün buradan Moskvaya min manata, İstanbula 600-1000 manata uçuş biletləri satılır. Bunlar nə qədər realdır? Yəni, dünyanın ən bahalı ölkələrində belə bu qiymətlər yoxdur. Düşünürəm ki, AZAL-ın qiymətinin müəyyənləşmə mexanizmi müəyyənləşməlidir. Eyni zamanda, Türkiyənin və dünyanın digər ucuz aviaşirkətlərinin Azərbaycanın aviabazarına buraxılmasını təmin etmək lazımdır. Araşdırmaq lazımdır ki, bizim bu AZAL-ın əzəli və əbədi sədrinin milyardları hardandır. Əgər AZAL hər il hökumətə və xarici kreditor şirkətlərinə borclu qalırsa bu qədər biletlərin pulu hara gedir? Düşünürəm ki, bu məsələlər araşdırılmalıdır”.
T.Abbaslı hesab edir ki, AZAL-ın rəhbər struturuku baxımından yenidən qurulmalıdır:
“Nəhayət ki, AZAL-ın məqsədi kimlərinsə varlanmasına xidmət etmək yox, insanların səyahət etməsini əlçatımlı etməlidir. Güman edək ki, bu son yoxlamalar, araşdırmalar bir nəticə verər. İqtidar da lazımi addımı atar. Artıq insanlar XXI əsrdədir. İnsanlarımız Tiflisə yaxud İstanbula gedib oradan harasa uçmamalıdırlar. Qeydn edim ki, bizdən daha kasıb ölkələrin biletləri qat-qat ucuzdur. Bu da onun göstəricisidir ki, burada sui-istifadə halları və talançılıq faktları var. Güman edək ki yaxın zamanlarda bununla bağlı qərar veriləcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-05-2022, 11:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər