“Ölkədə rəsmi milyonçu yoxdur, məmur biznesi var” - FAKT BUDUR!
“Azərbaycanda rəsmi milyonçuların olmamasının əsas səbəbi ölkədəki iqtisadi sistemdən qaynaqlanır. Bizdə daha çox məmur biznesi olduğuna görə rəsmi qeydiyyatdan keçmiş, vergisini verən, səhmdarı olan milyonçular yoxdur. Onsuz da klassik anlamda səhmdar cəmiyyətlər də yoxdur. Qapalı cəmiyyətlər fəaliyyət göstərir. Digər açıq tipli cəmiyyətlərdə isə səhm bazarı, birja olmadığından qiymətləndirilməsi mümkün olmur. Ona görə də Azərbaycanda rəsmi milyonçular yoxdur. Bu da ciddi problemlərdən biridir”. Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
“Böyük vergi ödəyicilərinin olması milyonçuların ölkənin ictimai həyatında da aktiv yer almasına səbəb ola bilər. Məsələn, onlar mənəvi proqramların təşkilində, müəyyən beyin mərkəzlərinin yaradılmasında, sosial problemlərin həllində də aktiv iştirak edə bilərlər. Təəssüf ki, bizdə belə bir sistem olmadığından hər şeyi dövlət özü və məmurlar əvəz edib”.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-05-2022, 15:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər