reklam
Regionxeberlericom.az » Sosial » Məktəblinin ölümünə görə “Azərişıq” işçisinə ittiham elan edildi

reklam

Məktəblinin ölümünə görə “Azərişıq” işçisinə ittiham elan edildi


Cəlilabadda şagirdin təhsil aldığı məktəbdə cərəyan vurması nəticəsində ölməsi faktı ilə bağlı açılmış cinayət işi məhkəməyə göndərilib.

Cəlilabad Rayon Prokurorluğu xəbər verir ki, fevralın 2-də 8-də Ocaqlı kənd 1 nömrəli tam orta məktəbinin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun məktəbin həyətində cərəyanı vurması nəticəsində ölməsinə görə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla “Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin Cəlilabad Elektrik şəbəkəsinin kənd-1 sahəsi üzrə usta vəzifəsində işləyən Telman Əhmədovun öz xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən Hüseyn Zeynalovun elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlarla Telman Əhmədova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilib.




Paylaş:


Müəllif : Tarix:
23-05-2022, 10:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər