İnam Kərimovun daha bir `NAİLİYYƏTİ`... - BELƏ HARA GEDİRİK?
Ölkə əhalisinin 45-50 %-ni kəndlərdə yaşayıb, aqrar sektorla məşğul olmasına rəğmən, kənd təsərrüfatı məhsullarının idxal faizi yüksək səviyyədə qalmaqdadır.
Aqrar sektorun inkişafı üçün son illərdə yüz milyonlarla manat vəsait xərclənməsi, bu tədbirlərin bu gün də davam etdirilməsinə baxmayaraq, istənilən nəticə əldə edilməyib. Əksinə, son 3 ildə buğda istehsalından tutmuş bütün məhsul növlərində geriləmələr aqrar sektorunun inkişafı ilə bağlı gözləntilərdə məyusluq yaradıb.
Faktinfo.az xatırladır ki, kənd təsərrüfatı məhsullarının istehsal xərclərinin əsas hissəsini dövlət öz üzərinə götürüb, dörd dövlət proqramı qəbul edilib, lakin kənd təsərrüfatı məhsullarına dair idxaldan asılılıq əksinə, artıb. Ət istehsalından danışmağa dəyməz, DGK və Statistika Komitəsinin açıqlamaları göstərir ki, Azərbaycana idxal olunan ət son 3 ildə azı iki dəfə artıb. Eləcə də, 2019-cu ildə ölkəmizdə 2 149 000 ton buğda istehsal edildiyi halda, 2020-ci ildə bu göstərici 1 867 000 ton olub. Ötən il isə cəmi 1 885 000 ton buğda tədarük edilib.
Çay istehsalından isə danışmağa dəyməz. Belə ki, 2020-ci ildə Azərbaycanda cəmi 600 ton yaşıl çay yarpağı istehsal olunduğu halda, bu rəqəm ölkəmizə idxal olunan çaydan 22 dəfə azdır. Ümumilikdə, 2021-ci ildə ölkəmizə 13 984 000 ton çay idxal olunub.
Həmçinin, çəltik istehsalında da azalma müşahidə olunur. 2017-ci ildə ölkə üzrə 16,2 min ton çəltik istehsal edildiyi halda, 2019-cu ildə bu rəqəm 12000 ton, 2020-ci ildə isə 9,9 min ton olub. Yəni, son 3 ildə çəltik istehsalında nəzərə çarpacaq azalma var.
Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının istənilən növü üzrə geriləmə iki dəfəyə yaxındır. Məsələn, 2017-ci ildə ölkə üzrə 410 000 ton şəkər çuğunduru istehsal olunduğu halda, sonrakı illərdə istehsalda kəskin azalma qeydə alınıb. 2020-ci ildə cəmi 233 000 ton məhsul istehsal edilib. Göründüyü kimi, son 3 ildə çəltik istehsalında da 2 dəfəyə yaxın azalma mövcuddur.
Gündəlik həyatımızda istifadə edilən kartof, soğan, kələm, kök məhsulları isə illər əvvəl təlabatı azı 8 ay qarşıladığı halda, istehsal olunan bu məhsullar artıq daxili təlabatı 6 ay təmin edə bilmir. Payız fəsli başlar-başlamaz kartof, soğan, kələm, kök və s. məhsullar ölkəyə idxal olunur.
Göründüyü kimi, uğursuz kənd təsərrüfatı siyasəti yüksək nəticələr əldə edilməsini əngəlləyir. Kağız üzərində olan göstəricilərlə mövsüm zamanı əldə olunan nəticələr uyğunsuzluq təşkil edir. Bununla da, Kənd Təsərrüfatı naziri İnam Kərimova inam ilbəil azalır. Əslində nazirə olan etimadın “xərclənməsində” cəmi məsuliyyət onun ətrafı - nazirin müavinləri, daxili nəzarət şöbəsinin müdiri, mətbuat xidmətinin rəhəhbərinə də aiddir. Nə vaxta kimi bir-birini yola verməyə çalışacaqlar?
Hərçənd, onlar üçün düşündürücü deyilmi ki, 2022-ci il ictimai rəydə İnam Kərimov və komandası üçün həlledici il olacaq. Axı nə vaxta kimi bu nazirlik peşəkar kənd təsərrüfatı mütəxəssislərini uğursuz hüquqşünaslarla əvəzləyəcək, onlar da bahalı avtomobillər sürüb, əyləncələr təşkil etməklə kefdə-damaqda olacaqlar. Artıq KTN deyiləndə bu nazirlik ailə ansambılını, qohum-əqrəba, dost-tanış yığıncağını xatırladır. Həqiqətənmi, İnam Kərimov və komandası unudur ki, onlar toxunulmazdır və bir gün nazir və yaxın ətrafından kənd təsərrüfatının vəziyyətinə dair əsaslandırma tələb edilməyəcək?
Faktinfo.az xəbər verir ki, artıq Azərbaycanın Rusiyaya ixrac etdiyi şərabların həcmində və pul ifadəsi ilə götürdükdə, bazar payını digər ölkələrə uduzması da təəssüfləndiricidir. Məsələn, 70-80-ci illərdə Rusiyada satılan şərabın hər 3/1-i Azərbaycan istehsalı olubsa, 2015-2017-ci illərdə Azərbaycan şərabı Rusiya bazarlarında ən azı Abxaziya, Moldova, Çili, Serbiya məhsullarından üstün tutulubsa, indi ölkəmiz şərab ixracı və satışına görə axrıncı yerləri bölüşür.
Bu barədə Rusiyanın "ГАЗЕТА" nəşrinin 057(3550)(2204) nömrəli sayında bildirilir ki, 2021-ci ildə Rusiyaya ixrac edilən şərabların həcmində və pul ifadəsi ilə götürdükdə, satışında ilk 10-luğa İtaliya, İspaniya, Gürcüstan, Fransa, Portuqaliya, Abxaziya, Çili, Almaniya, Yeni Zellandiya, Moldova rəhbərlik edir.(https://www.rbc.ru/newspaper/2022/04/22/62611db69a79477a73626f6f)
zərbaycan 2021-ci ildə naturada 0,9 milyon litr ixrac etməklə, pul şərti ilə 2 milyon dollar gəlir əldə edib. Siyahıda axırdan ikinci yeri bölüşən ölkəmiz Gürcüstanla müqayisədə ixrac və gəlir hesabı baxımından müqayisə olunmayacaq şəkildə geriləyib. Nəşrin məlumatına görə, ilk beş təchizatçı ölkə İtaliya, İspaniya, Gürcüstan, Fransa və Portuqaliyadır və Rusiyaya ümumilikdə şərab ixracının təxminən üçdə ikisi bu dövlətlərin payına düşür.
Rusiyaya xarici şərabın tədarükü 2021-ci ildə 2020-ci ilə müqayisədə 29% artdığını da nəzərə alsaq, bu ilk beş təchizatçı ölkə üçün tədarük olunan məhsulun həcmində yüksək göstəricidir. O cümlədən, şərabın 1 litrinin topdansatış qiyməti 4,66 dollar və ya 343 rubl təşkil edib. Bu isə o deməkdir ki, 1 litr şərabın bazar payında əvvəlki illərlə müqayisədə artım var. Həmçinin, məqalədəki aparılan müqayisədən görünür ki, Rusiyaya istehlak edilən şərabın demək olar ki, həcmi ötən illərlə müqayisədə artıb və yarısı xaricdən gətirilib. Müqayisədən və məqalədəki qrafadan anlaşılır ki, dövlətin dəstək verdiyi Azərbaycan şərabçıları isə ilbəil Rusiyaya bazarında mövqe itkisinə məruz qalırlar.
Burada sual olunar, Rusiyaya ixrac etdiyimiz şərab içkisi ilə bağlı mövqe itkisinə nə səbəbdən məruz qalırıq? Bəlkə şərabçılıq üzrə mütəxəssislər dinlənilə və yaxud beynəlxalq şərab müsabiqələrinə qatılıb çıxış yolları aranıla? Bəlkə də bir neçə beynəlxalq şərab müsabiqəsinə ev sahibliyi edilə? Eləcə də, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutundan qarşıdakı illər üçün plan və təkliflər istənilə, ora peşəkar bir şəxs direktor təyin edilə? Yoxsa, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu bir sıra tender keçirilməsi üçün təşkil edilib? Çünki, KTN o cümlədən Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu işini düzgün qurmuş olsaydı, yəqin Azərbaycan 2021-ci ildə bazar payında bu dərəcədə geriləməyə məruz qalmazdı.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun keçirmiş olduğu tenderlərə gəlincə, internet üzərindən araşdırma apardıqda şübhə doğuran məqamlarla qarşılaşırıq. Məsələn, Aktualinfo.org saytının məlumatına görə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə tabe Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən 2020-ci il üçün keçirilmiş bir sıra tender prosedurları ətrafında araşdırmalar aparılıb.
Araşdırmalarda Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilmiş açıq tender prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl edilməməsinə, habelə büdcə vəsaitlərinin təyinatından kənarlaşdırılmasına şübhə yaradan bir sıra hallar məlum olub. Saytın məlumatlara aydınlıq gətirmək məqsədi ilə İnstituta ünvanladığı sorğusuna direktor Vüqar Səlimov cavab məktubu yazıb. Direktor qeyd edib ki, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan “Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutun”da yaradılmış tender komissiyası tərəfindən 2019-cu ildən bu günə qədər keçirilmiş bütün satınalma işləri Azərbaycan Respublikası “Dövlət Satınalmaları Haqqında” Qanunun tələblərinə uyğun olaraq keçirilmişdir”.
Sayt isə Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov qanunun tələblərinə uyğun olaraq, keçirdiklərini iddia etdiyi bir neçə şübhə doğuran tender və kotirovka sorğularına nəzər salır. Laboratoriya avadanlığının satın alınması üzrə 25.12.2019-cu il tarixində keçirilmiş tenderdə 88 500 manat dəyərində satınalma müqaviləsi “SCIENTECH.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb. Burada incə mətləb ondan ibarətdir ki, açıq mənbələrdə MMC-nin fəaliyyət sferası və analoji işlərdə təcrübəsinin olub-olmaması barədə heç bir məlumat yoxdur. Eləcə də, Şamaxı rayonu ərazisində müasir üzüm tingliyinin yaradılması üzrə 28.10.2019-cu il tarixdə keçirilmiş tenderdə 1 028 115, 94 manat dəyərində satınalma müqaviləsi “AZƏRTİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZƏRTİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.01.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı yazılıb. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının QUBA RAYONU, ZƏRDABİ, qanuni təmsilçisi kimi isə Sərhədova Zəminə Fikrət qızı qeyd olunub. İnstitut tərəfindən dəyəri bir milyon manat olan bu tender prosedurunda “Dövlət Satınalmaları Haqqında” Qanunun tələblərinin ciddi şəkildə pozulduğu açıq-aşkar görsənir. Yuxarıda qeyd etdiyimiz məlumatlardan da göründüyü kimi, İnstitut tenderin qalibi elan etdiyi “AZƏRTİNG” MMC ilə satınalma müqaviləsini 28.10.2019-cu il tarixdə bağlayıb. Sözügedən MMC isə 11.01.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb.
Yəni qalib elan olunduğu tarixdən 9 ay əvvələ, -deyə sayt vurğulayır. Burada önəmli olan odur ki, cəmi 10 manat nizamnamə kapitalı olan, tender prosedurundan 9-10 ay dövlət qeydiyyatına alınmış, ixtisas göstəriciləri və analoji işlərdə təcrübəsinin olub-olmaması barədə hər hansı məlumat olmayan bir MMC-nin bir milyon manat dəyərində dövlət sifarişini yerinə yetirməyə maddi-texniki bazası, peşəkarlığı nə dərəcədə yol verir? Apardırma zamanı açıq mənbələrdən əldə etdiyi məlumatlara görə, dövlət reyestrində MMC-nin qanuni təmsilçisi kimi qeyd olunmuş Sərhədova Zəminə Fikrət qızı 2012-ci ildə Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi olub. 2019-cu ilə də, yəni MMC-ni dövlət qeydiyyatına alıb, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu ilə bir milyon manat satınalma müqaviləsi bağlayanda bu xanımın 23-24 yaşı olub.
Sizcə bu nə dərəcədə inandırıcı bir alqı-satqı müqaviləsidir, -deyə sayt qeyd edir.
Faktinfo.az xatırladır ki, siyahını uzatmaq da olar. Burada önəmli olan isə ondan ibarətdir ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Şamaxı rayonu ərazisidə ting üçün 1 028 115.94 dəyərində keçirdiyi tenderdən nə əldə olunub? Yəni, üzüm tingliyinin yaradılması üçün 1 028 115.94 manat ayrılırsa, buradan ən azı 5 milyon manat dəyərində üzüm tingi əldə edilməli idi ki, bu üzüm sortları işğaldan azad olunan ərazilərdə üzüm sahələrinin salınmasında istifadə edilsin.Bu baş verdimi? Yenə internet üzərindən axtarış veririk və bu barədə heç bir məlumat əldə etmirik.Bunlar isə ona dəlalət edir ki,aidiyyatı orqanlar yoxlamalar zamanı gözəştə getməməlidirlər.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-05-2022, 15:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər