Fərid Qayıbov UNESCO-da Komitə sədri seçilib
Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin sədri seçilib.
"Report" xəbər verir ki, bu barədə qərar UNESCO-nun baş qərargahında Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CİGEPS) fövqəladə iclasında qəbul olunub.
İclasın keçirilməsində əsas məqsəd Komitənin Büro üzvlərinin və sədrinin seçilməsi olub. Qəbul olunmuş qərara əsasən, Komitənin 18 üzvü arasından Azərbaycan, Fransa, Venezuela, Şri-Lanka, Madaqaskar və Qətər Komitənin büro üzvləri seçilmişlər. Daha sonra isə Komitənin sədri vəzifəsinə seçkilər keçirilib.
İclas zamanı Azərbaycan Respublikasının UNESCO yanında Daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək, bütün Komitə üzvlərinə verdikləri dəstəyə görə Azərbaycan Hökuməti adından təşəkkürünü bildirmiş, Azərbaycanın sədrliyi müddətində Komitənin işinin daha effektiv həyata keçirilməsi istiqamətində bütün Komitə üzvləri ilə sıx əməkdaşlıq edəcəyini qeyd etmişdir.
Qeyd etmək istərdik ki, sözügedən Komitə, bütün dünyada bədən tərbiyəsi və idman sahəsinə aid siyasət və proqramların üzv ölkələr arasında effektiv həyata keçirilməsini təşviq edən UNESCO-nun yeganə Komitəsidir.
Komitənin üzv ölkələri Azərbaycanı təbrik etmişlər. Üzv ölkələr Azərbatcanın MİNEPS VII ev sahibliyi etmək qərarını yüksək qiymətləndirmişlər.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-05-2022, 16:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər