Azərbaycanda onkoloji xəstələrin maliyyə xərcləri nə qədərdir? -CAVAB
Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu onkoloji xəstələrin maliyyə xərcləri ilə bağlıdır.
2021-ci il ərzində qeydiyyatda olan onkoloji xəstələrə göstərilən şüaterapiya xidmətlərinin sayı 7807, Nüvə təbabəti şöbəsi, Radionuklid terapiya şöbəsində 2021-ci il ərzində göstərilən xidmətlərin sayı 3220 (PET-KT müayinəsi, onkoloji və kardioloji xəstəliklərin erkən diaqnostikasında bütün bədən hüceyrələrini 20 dəqiqəlik qısa bir zaman ərzində molekulyar səviyyədə yoxlayaraq müvafiq xəstəliklərə diaqnoz qoyulması və s.) olub.
Bu, “2021-ci il dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş dövlət proqramları və tədbirlər”də deyilib.
Bildirilib ki, hazırda 58 024 onkoloji xəstə qeydiyyatdadır. Qeyd edilib ki, Azərbaycanda onkoloji xəstəliklər üzrə tədbirlərinin maliyyə təminatı tədbirləri çərçivəsində 48,3 milyon manat vəsait xərclənib. 2021-ci ildə mərkəzə 163519 pasiyent müraciət edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-05-2022, 12:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər