“Hacıbala dövlət adından çıxarılan məhkəmə qətnamələrini zibil qutusuna atıb...” - FAKT BUDUR!
“Mən artıq Hacıbala Abutalıbovla olan mənzil problemimə görə “Xural” TV-nin efirinə çıxacam. Məni bu damda yaşamaqdan xilas eləsinlər. Bu gün yaşadığım damda əzab çəkirəm. Əgər qəzalı vəziyyətdə olan evimə köçmək şanzımız olmayacaqsa, orda yeni bina tikilməyəcəksə, onda bu kupçalı evimi hökumətə təhvil verirəm. Əvəzində isə mənə normal bir mənzil versinlər gedim orda yaşayım. Hacıbala Abutalıbov pulumu qaytarsın gedim özümə normal bir yerdə mənzil alım. Yəni mən ən düzələn səmtləri tuturam”. Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül illərdir bu problemdən cana doyduğunu bildirib:
“İndikilərlə işim yoxdur, mən bu gün Hacıbalanın faciəsini yaşayıram. Pulum yoxdur deyə dövlət başçısının mənə verdiyi mənzili də təmir edə bilmirəm. Əlimdə üç məhkəməsi qərarı var, Hacıbala Abutalıbov vəzifədə olanda 10 il məhkəmə qərarlarını icra etməyib. Bu illər ərzində də mən ona görə əzab çəkmişəm. İndi bəlli olur ki, H.Abutalıbovun villaları var, Qış parkının altındakı qaraj və üstündəki restoranlar ona xidmət edir. Türkiyədə oğlunun böyük biznesləri, obyektləri var. Gəlsin mənə olan borcunu versin ki, axirət dünyasında onunla əlbəyaxa olmayım. Oğlu da Türkiyədə qoz sındırmasın, Şeyxə hədə-qorxu gəlməklə heç nə dəyişməyəcək. Mən bəyəm yerdən çıxmışam? Gəlsinlər məndən hallalıq alıb, üzrxahlıq etsinlər. Qəzalı mənzilimi onlara verim, əvəzində mənə dördotaqlı mənzil alıb versinlər. Təsəvvür edin ki, bu qədər çağırışlarımın heç birinə reaksiya verməyiblər.
Məhkəmə icraçları da Hacıbalayla bacarmır. Deyirlər ki, Şeyx, bizi bəlaya salma, ona gücümüz çatmır. İcraçılar deyir ki, hansı sənədi deyirsən sənə verək, amma bizi bu işə qatma.
Hacıbala Abutalıbov dövlət adından çıxarılan məhkəmə qətnamələrini zibil qutusuna atıb. Amma mənlə görüşəndə deyir ki, darıxma, hər şey yaxşı olacaq. Sonradan eşidirəm ki, bu qətnamələri qəbul edən məhkəmələr haqqında da tədbir görəcəyini deyir. Bu olanlar azmış kimi Hacıbalaya Yeni Azərbaycan Partiyasında vəzifə verirlər. Niyə Hacıbaladan bunu soruşan yoxdur?”
Paylaş:
Müəllif : Yazar
Tarix:25-05-2022, 16:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər