Rusiyadan göndərilən pula görə vergi verəcəyik? – Banklarda SORĞU-SUAL başladı
Azərbaycanda fəaliyyət göstərən əksər banklar Rusiyadan daxil olan pülköçürmə əməliyyatlarında məbləği qəbul edən vətəndaşlara süni əngəllər yaradırlar.
Bu barədə sosial şəbəkələrdə məsələ qaldırılıb. Rusiyada yaşayan soydaşlarımızın şikayətlərinə görə ailələrinə pul köçürürlər, məbləği qəbul edənlər isə Azərbaycan bankları tərəfindən dəxilsiz suallarla sorğuya çəkilirlər.
Onlara "Pul göndərən sənin nəyindi? Sənə pulu hansı məqsədlə göndərirlər? Göndərən adam həmin pulları Rusiyada hansı yollarla qazanır?" və bu kimi suallarla vətəndaşları incidirlər.
Həmçinin Rusiyadan pulköçürmə əməliyyatlarını həyata keçirən bankların sayı azaldığına görə Azərbaycan banklarında uzun növbələr yaranır. Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Bizim.Media-ya açıqlamasında deyib ki, bankların pülköçürmə əməliyyatı ilə bağlı vətəndaşları sorğu-suala tutmaları vergi məsələsi ilə bağlıdır:
“Vətəndaşlar kənar şəxslərdən pul qəbul edirsə, 1 il ərzində 1000 manatdan yuxarı o, vergiyə cəlb olunmalıdırlar. Amma ailə üzvü və ya qohum tərəfindən pulköçürmədə problem yoxdur. Burada təhlükə həm də kiminsə bizneslə məşğul olması, xidmət göstərməsi və vergidən yayınmasıdır. Hər hansı pozuntu yoxdur. Bankların pulun mənşəyini, məqsədini müəyyən etməyə haqqı var”.
Əkrəm Həsənov qeyd edib ki, Azərbaycan bankları bu məsələdə pozuntuya yol vermir:
“Pulköçürmələr çoxaldığı üçün belə bir məsələ yaranıb. Həm də banklar qorxur ki, kimsə Rusiyadan pulunu çıxarar və vergidən yayınar. Ona görə buna ciddi nəzarət edilir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-05-2022, 16:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər