"Müasir şair və yazıçılarımızın əsərləri dərslik tələblərinə cavab vermir" - QALMAQAL
Şair Qəşəm Nəcəfzadə dərsliklərdə saxta müəlliflərin dili ilə məzmunsuz şeirlərin artması, dərsliklərə salınan bəzi müəlliflərin şeirlərində bədii zövqün korlanması ilə bağlı məsələ qaldırıb. Polemikaya çevirdiyi problemə qarşı tərəfdən tutarlı cavab almadığından şikayətlənən şairin sözlərinə görə, mənası olmayan, axmaq, saxta şeirlər və yazılar dərslikləri bürüyüb.
Qeyd edək ki, Q.Nəcəfzadə dərsliklərdə bədii zövqünün korlanmasında birmənalı olaraq “Altun kitab” nəşriyyatının direktoru, "Azərbaycan dili" dərsliyinin müəllifi Rafiq İsmayılovu ittiham edib. Sözügedən müəllif “Şərq” qəzetinə açıqlamasında ünvanına deyilən ittihamlara cavab verib: “Əvvəla onu deyim ki, Qəşəm Nəcəfzadənin siyahıya aldığı şeirlərin heç biri indiki dərsliklərdə yoxdu. Vaxtı ilə dərsliklər yazılanda qrammatik baxımdan dərslik üçün uyğun olan şeirlər tapmayanda məcburiyyət qarşısında o şeirlərdən istifadə etmişdik. Bizim üçün mühüm olan qrammatik təhlil olduğundan şeirin məzmununa o qədər də əhəmiyyət vermədik. Amma sonra dərsliklər yenilənən zaman daha uyğun variantlar üzərində işlədik və həmin şeirləri də dərslikdən çıxardıq. Sözün düzü, Qəşəm müəllim efirdə şeirləri səsləndirəndə heç neçənci sinif dərsliklərinə aid olduğunu belə xatırlamadım”.
Dərsliklərdə bədii zövqün korlanması ilə bağlı ittihamlara gəldikdə isə R.İsmayılov deyib ki, dərsliklərdə mətnlərin öz tələbləri var. Mətni oxuyub anlamaq, onu qavramaq ayrıca bir elmdir və bunun Konsepsiyası bütün dünyada işlənib öyrənilib:
“Bizdə isə bu hələ yeni-yeni öyrənilir. Odur ki, mahiyyətini bilib-bilmədən şeirləri siyahıya almaq, guya, yeni nəsə kəşf etmiş kimi ölkə gündəminə çevirmək absurd yanaşmadır. Dərsliklərdə istifadə olunan mətnlərdə estetika, qafiyə yox, şagirdlərin yaşına uyğun sözlər, informasiyalar olmalıdır. Həmin şeirlər poetik cəhətdən yüksək səviyyəli olmaya bilər. Əksini iddia etmirəm və məqsədimiz də ədəbiyyat yaratmaq deyil. Bizim işimiz mətndəki informasiyanı şagirdlərə qavratmaq və onlarda təhlil bacarığını inkişaf etdirməkdir. Həmin şeirin yerinə adi bir mətn də ola bilər. Bunun heç bir əhəmiyyəti yoxdur.
Qəşəm Nəcəfzadə bir dəfə mənə öz şeirlərini göndərdi ki, dərslikdə verim. Mən də gördüm ki, həmin şeirlər dərsliyə uyğun deyil. “Şabalıdı qovurdular, şabalıdın yaxası açıldı”. Məcaz kimi yaxşı bənzətmə ola bilər, amma bu ifadə uşaqların düşüncə tərzinə, onların yaş qrupuna uyğun deyil axı! Öz karifeylərimizin əsərlərindən nümunə gətirmədiyim üçün dərslikləri tənqid edirlər. Halbuki, bizim klassiklərimizin əsərlərinin dili ikinci, beşinci sinif şagirdlərinin oxuyub qavrayacağı səviyyədə deyil.
Bir vaxtlar dahi Hüseyn Cavidin “Gülbahar” şeirindəki “Kuzum, yavrum! Adın nedir?
- Gülbahar.
- Peki, senin anan, baban varmı?
- Var.
- Nasıl, zenginmidir baban?
- Evet, zengin, beyzade…” misralarını dilimizə uyğunlaşdıraraq dərslikdə istifadə etdiyim üçün ciddi tənqid edildim. Halbuki, “Azərbaycan dili” dərsliyində bu misraları türkcə saxlaya bilməzdim. Məhz Hüseyn Cavidin fikirlərinə yer vermək üçün o misraları dəyişdim və buna görə də sosial şəbəkələrdə böyük hay-küy yaratdılar. Eyni ilə də Cəlil Məmmədquluzadənin misralarını aşağı sinif dərsliklərinə salmaq üçün müəyyən redaktələrə ehtiyac duyulur və artıq cəmiyyətin reaksiyası fonunda biz bunu etmirik”.
Dərslik müəllifi müasir şair və yazıçılarımızın əsərlərinin dərslik tələblərinə cavab vermədiyini deyib: “Onlar sadəcə öz fikirlərini qafiyəyə salıb yazıya köçürürlər. Dərslikdə yer alan hər bir mətn faktoloji qavrama, nəticə çıxarma, ümumiləşdirmə, sual tərtib etmə və sual vermə, təhlil etmə, əsaslandırma, arqument gətirmə kimi tələblərə cavab verməlidir. Biz uyğun mətni tapanda onun müəllifinin kimliyinə o qədər də əhəmiyyət vermirik. Səməd Vurğunu, Nəbi Xəzrini onsuz da ədəbiyyat müəllimləri tədris edib, uşaqlara onların həyat və yaradıcılıqlarını öyrədir. Bizim işimiz uşaqlara mətn üzərində işləməyi, oxuyub-anlama bacarığını inkişaf etdirməkdir. Bu adam ya “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri arasındakı fərqi bilmir, ya da mənə qarşı olan şəxsi qərəzindən bu çıxışları edir. Guya mən imkan vermirəm ki, onun şeirləri dərsliklərə salınsın. Halbuki, 4-5 il əvvəl o şeir kitablarını mənə gətirdi ki, dərslikdə verim. Oğlu Kəramətə (Kəramət Böyükçöl) görə çox istədim ki, şeirlərindən birini dərsliklərdə istifadə edim. Amma onun şeirləri bizim mətn tələblərimizə uyğun deyildi”.
Dərslik mövzusunun kifayət qədər spesifik və təcrübə tələb edən bir sahə olduğunu vurğulayan R.İsmayılov təsadüfi adamların bu barədə danışması və öz mülahizələrini cəmiyyətə açıqlaması düzgün deyil. Mövcud problemləri və çatışmazlıqları bu işin peşəkarları dilə gətirsə və polemikaya çevirsə daha yaxşı olar.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-05-2022, 09:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər