Tanınmış jurnalistdən İlham Əliyevə şikayət: - “Mənə qarşı süni manelərin dərin və ciddi səbəbləri var”
“Şəxsimə qarşı yaradılan süni manelərin daha dərin və ciddi səbəbləri vardır ki, onları ictimailəşdirməyi məqsədəuyğun hesab etmirəm. Bir gün mütləq hər kəs biləcək ki, dövlətçiliyimizi müdafiə etdiyimiz, Prezidentimizin ətrafında sıx birləşdiyimiz üçün kimlər tərəfindən hansı məhrumiyyətlərə, “cəza tədbirlərinə” məruz qalmışıq”. regionxeberlericom.az-un ovqat.com-a istinadən məlumatına görə, “TNS” İnformasiya Agentliyinin direktoru Tural Səfərovun Prezident İlham Əliyevə ünvanladığı müraciətində belə deyilir.
Qeyd edək ki, tanınmış jurnalist bir neçə il əvvəl Naxçıvanın rəsmi media orqanı “Şərq qapısı” qəzetinin baş redaktoru olmuş, daha sonra isə detallarına girmək istəmədiyi absurd səbəblər ucbatından işdən uzaqlaşdırılmışdı. MR rəhbərliyi bununla da kifayətlənməyib Tural Səfərovu Bakıdan Naxçıvana çağıraraq göz altına almışdı. Həbsin motivləri bizə məlum olsa da, hərmkarımızın qərarına hörmətlə yanaşır və bu barədə danışmağı onun özünə həvalə edirik. Hələlik isə onun Prezident İlham Əliyevə ünvanladığı müraciətini olduğu kimi ictimaiyyətin diqqətinə çatdırırıq:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Möhtərəm Prezident!
Sizin uğurlu rəhbərliyinizlə Azərbaycan regionun lider dövlətinə, dünyada isə söz sahibinə çevrilib. Siz 44 günlük Vətən müharibəsində 200 illik tarixi gedişi dəyişdirərək bölgədə yeni reallıq yaratmış, öz adınınızı Azərbaycanın tarixinə Qarabağın və Şərqi Zəngəzurun Xilaskarı kimi əbədi həkk etmisiniz. Siz İlham Əliyev məktəbinin yetirməsi, ən sadiq silahdaşı Mehriban xanım Əliyeva ilə birlikdə Azərbaycanı daha qüdrətli dövlətə çevirirsiniz.
Cənab Prezident!
Azərbaycan vətəndaşları Sizi özünün əbədi və alternativsiz lideri kim görür, bütün problemlərinin həllində son ümid yeri kimi Sizə müraciət edir. Hər kəs bilir ki, onun hüquqlarını qoruyan qüdrətli bir Prezidenti var. Hüquqları pozulan, əli hər yerdən üzülən bir vətəndaş kimi mən də Sizə müraciət etməyi qərara aldım. Mənim bu müraciətimi minlərlə naxçıvanlının ümumiləşmiş müraciəti kimi qəbul etməyinizi xahiş edirəm.
Möhtərəm Prezident!
İllərdir Bakıda və ölkəmizin digər bölgələrində yaşayan Naxçıvan qeydiyyatında olan Azərbaycan vətəndaşları ciddi bir problemlə qarşılaşır. Ölkəmizin müxtəlif bölgələrində daimi yaşayan, amma daimi qeydiyyata alınmayan naxçıvanlılar özlərini Azərbaycandan təcrid edilmiş kimi hiss edirlər. 50 yaşa qədər olan kişilərin daimi yaşadığı yerdə qeydiyyata alınmasına problem yaratmaq üçün “hüquqi don” geyindirilmiş maneə mexanizmi formalaşdırılıb. Bu kateqoriyadan olan insanların yaşadığı ünvanda daimi qeydiyyata alınması üçün mütləq gedib Naxçıvandan hərbi qeydiyyatdan çıxması tələb edilir. Muxtar respublikada hərbi qeydiyyatdan çıxmağın çətinlikləri isə Azərbaycanda hər kəsə agahdır. Bundan başqa, blokada şəraitində olan Naxçıvana gedib-gəlmək o qədər də asan deyil.
O zaman sual olunur. Əgər bu, qanunun tələbidirsə, Azərbaycanın digər bölgələrindən olan vətəndaşlardan niyə tələb olunmur? Bu sualla müvafiq dövlət orqanlarına müraciət etdikdə cavab çox absurd və qəribə olur: “Biz Naxçıvanın sistemini görə bilmirik”. Əminik ki, bu sualın cavabını dövlətimizin başçısı əlaqədar orqanların rəhbərlərindən soruşacaqdır.
Son 6 ay ərzində Bakı şəhərindəki mülkiyyətimdə olan mənzilə daimi qeydiyyata alınmaq üçün apardığım mübarizədən sonra gördüm ki, minlərlə naxçıvanlı bu sahədə necə əziyyət çəkir. Ona görə də öz timsalımda Naxçıvan qeydiyyatında olanlar üçün yaradılan süni maneni Sizin ali diqqətinizə çatdırmağı vacib saydım. Biz əminik ki, məhz Sizin müdaxilənizdən sonra bu problem öz həllini tapacaqdır.
Məlumat üçün bildirirəm ki, mən Bakı şəhərinin Xətai rayonunda yerləşən yaşadığım mənzilə daimi qeydiyyata alınmağım barədə 2021-ci ilin iyun ayından 2022-ci ilin may ayına qədər müxtəlif vaxtlarda aidiyyəti dövlət orqanlarına - Bakı şəhərində yerləşən 2 saylı və 6 saylı ASAN Xidmət mərkəzlərinə, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə, şəxsən daxili işlər nazirinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə müraciət etmişəm.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində müraciətlərimə baxılaraq, 27 dekabr 2021-ci il tarixli, 012-20804S-3221 nömrəli, 08 aprel 2022-ci il tarixli, 018-218245-3222 nömrəli məktublarla “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.1-ci maddəsinin “hərbi vəzifəlilər və çağrışçılar yalnız onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyata qəbul və ya hərbi qeydiyyatdan çıxarma barədə müvafiq icra hakimiyyəti orqanının qeydləri olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata alınır və ya qeydiyyatdan çıxarılır” tələblərinə istinaq edərək, qeydiyyata alınmağım üçün qanunda nəzərdə tutulan bütün sənədlər olmasına baxmayaraq, mənim Konstitusion hüquqlarımı və qanunun tələblərini pozaraq heç bir qanuni əsaslar olmadan məni daimi yaşadığım həmin mənzilə daimi qeydiyyata almaqdan imtina ediblər.
Müəllifi ulu öndərimiz olan Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin tələblərinə görə, hər kəsin azadlıq hüququ vardır. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində isə göstərilir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək, forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:
-şəxsiyyət vəsiqəsi;
-yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
Mən qanunda nəzərdə tutulan sənədləri təqdim etmişəm. Qanunun 8-ci maddəsində göstərilən yaşayış yeri üzrə qeydiyyata alınmaqdan imtinaya səbəb olan heç bir hal yoxdur.
Göründüyü kimi, cavabdehin məktublarında göstərdiyi “Hərbi vəzifə və hərdi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.1-ci maddəsinin “hərbi vəzifəlilər və çağrışçılar yalnız onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyata qəbul və ya hərbi qeydiyyatdan çıxarma barədə müvafiq icra hakimiyyəti orqanının qeydləri olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata alınır və ya qeydiyyatdan çıxarılır” halı mənim yaşayış yeri üzrə qeydiyyata alınmağımdan imtina edilməsi üçün əsas deyildir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi də müraciətimə eyni məzmunlu cavab verib. Halbuki, müraciətimdə daimi olmasa da müvəqqəti qeydiyyata alınmağımı da xahiş etmişdim. Amma bu orqan da mənim hüquqlarımı pozaraq qeydiyyat problemimin həllinə köməklik göstərməyib.
Bütün bu proseslərdən sonra haqqımızı məhkəmədə aramağı qərar aldıq. Nə hikmətdirsə, digər dövlət orqanlarına təsir imkanları olan şəxslərin ədalət mühakiməsinə də əli çatdı. Digər orqanlarda qarşılaşdığımız süründürməçilik ənənənəsi məhkəmədə də davam etdirildi. Məhkəmə iclaslarının təxirə salınması, hazırlıq, baxış, açıq saxlanan iclaslar və sair və ilaxır. Hadisələrin bu cür inkişafı mənim ədalət mühakiməsinə olan inamımı sarsıtdı. Ona görə də son çarə kimi Sizə müraciət edirəm.
Möhtərəm Prezident!
Mənim elə bir ciddi tələbim yoxdur. Mən mülkiyyətimdə olan, daimi yaşadığım və ailə üzvlərimin də daimi qeydiyyatda olduğu mənzilimdə qeydiyyata alınmağımı xahiş edir, qanunları pozaraq Bakı şəhərində qeydiyyatsız yaşamaq istəmirəm. Təəssüf ki, mənim bu sadə tələbim Konstitusion hüquqlarımın pozulması ilə nəticələnib. Şəxsimə qarşı yaradılan belə süni manelərin daha dərin və ciddi səbəbləri vardır ki, onları ictimailəşdirməyi məqsədəuyğun hesab etmirəm. Bir gün mütləq hər kəs biləcək ki, dövlətçiliyimizi müdafiə etdiyimiz, Prezidentimizin ətrafında sıx birləşdiyimiz üçün kimlər tərəfindən hansı məhrumiyyətlərə, “cəza tədbirlərinə” məruz qalmışıq.
İnanırıq ki, bu müraciətdən sonra mənim və mənim kimi minlərlə naxçıvanlının pozulmuş hüquqları bərpa ediləcəkdir.
Bilirəm ki, Sizə bu müraciətimdən sonra bəzi dairələrin təhdid və təzyiqi ilə üz-üzə qalacağam. Amma mən qorxmuram. Niyə? Ona görə ki, mənim Sizin kimi öz vətəndaşlarının hüquqlarını qoruyan, məmurlarını xalqın xidmətçisi adlandıran qüdrətli bir Prezidentim var. Onu da bilirəm ki, dövlətimizin başçısı problemlərin ictimailəşdirilməsinin, ictimai nəzarətin vacibliyini dəfələrlə xüsusi vurğulayıb.
Biz Sizə inanırıq, Sizə güvənirik, Sizin ətrafınızda sıx birləşmişik, hər zaman Sizi dəstəkləyəcəyik. Sizin və Mehriban xanımın Azərbaycanın gələcəyi naminə həyata keçirdiyi möhtəşəm tədbirləri təbliğ etməkdən bizi heç bir qüvvə çəkindirə bilməz.
Qüdrətli Azərbaycanın Ədalətli Prezidentinə böyük hörmət və sonsuz sayğılarla.
Tural Səfərov,
Bakı şəhər sakini, “TNS” İnformasiya Agentliyinin direktoru”
Paylaş:
Müəllif : Yazar
Tarix:26-05-2022, 17:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər