reklam
Regionxeberlericom.az » Sosial » Nazirlik Qarabağ əlillərinin pulunu “yeyib”? - İTTİHAM VAR!

reklam

Nazirlik Qarabağ əlillərinin pulunu “yeyib”? - İTTİHAM VAR!


Ötən ilin 23 dekabrında ölkə başçısının imzaladığı fərmana əsasən, 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular, daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat etmiş şəxslərin isə vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmənin (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) verilməsi nəzərdə tutulur. Bununla bağlı fərman imzalandığı gündən hazırlıqlara başlanılsa, müvafiq işlər görülsə də, 1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin konkret veriləcəyi tarix bəlli deyil. Dünən Cebhe TV-nin qonağı olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov iddia edib ki, I Qarabağ əlillərinə sığorta pulu ödənilməyəcək.

O, nazirliyin həmin pulu “yediyini” deyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıbov Cebhe.info-ya açıqlamasında iddiaya birbaşa cavab verməsə də, sığorta pulunun yaxın günlərdə ödəniləcəyini deyib:

“Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli Fərmanına əsasən, icra olunacaq bu yeni sosial dəstək proqramı - 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmənin verilməsi üçün hazırlıq işləri artıq yekunlaşır. Aidiyyəti qurumların təqdim etdikləri siyahılar əsasında hazırda dəqiqləşdirmələr aparılmaqla ödəniş ediləcək şəxslərin yekun siyahısı müəyyənləşdirilir. Yaxın günlərdə ödənişə başlanacaq. Birdəfəlik ödəmələrin elektron sistem üzərindən, proaktiv qaydada təyin olunması üçün də müvafiq işlər aparılır”.




Paylaş:


Müəllif : Tarix:
26-05-2022, 17:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər