reklam
Regionxeberlericom.az » Sosial » Yeni pandemiya bu tarixdə olacaq-Bill Qeytsin PROQNOZU

reklam

Yeni pandemiya bu tarixdə olacaq-Bill Qeytsin PROQNOZU


“Microsoft” şirkətinin qurucusu Bill Qeyts yaxın 20 ildə bəşəriyyətin yeni pandemiya ilə üzləşməsi riskini qiymətləndirib.

Bill Qeyts İspaniyanın “El Diario” qəzetinə müsahibəsində yaxın 20 ildə yeni pandemiya riskinin 50 faiz olduğunu bildirib.

“Microsoft” şirkətinin qurucusu yeni pandemiyanın bəşəriyyətə məlum olan bir virusdan qaynaqlana biləcəyini söyləyib: “Bu, qripin növlərindən biri, yaxud digər növ koronavirus ola bilər. Bu da bizə daha tez müalicəni təşkil etməyə və vaksin əldə etməyə nail olmağımıza imkan yarada bilər. Ancaq bu, insanların, bioterrorçularınn yaradacağı və yayacağı virus da ola bilər. Bu isə çox qorxulu ssenaridir. Çünki müxtəlif yerlərdə eyni vaxtda virus yayıla bilər. Yaxud belə virus təbiətdən çıxa bilər. Nəzərə almaq laxımdır ki, insanların sayı artır və biz yeni ekosistemlərə müdaxilə edirik. Ona görə də mən hesab edirəm ki, yaxın 20 ildə yeni virusun yayılma ehtimalının 50 faizi iqlim dəyişikliyi ilə bağlı ola bilər”.

Bill Qeyts pandemiya ilə mübarizə üçün qlobal epidemiyaya cavab və səfərbərlik qrupu yaratmağı təklif edib: “Dünya Səhiyyə Təşkilatının büdcəsini 25 faiz artırmaq, müxtəlif ixtisaslı 3 minə yaxın mütəxəssisdən ibarət komanda lazımdır”.




Paylaş:


Müəllif : Tarix:
29-05-2022, 11:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər