“Facebook” və “TikTok” ənənəvi medianı əvəz edə bilməyəcək - İDDİA
Biz yaşadığımız reallığın və dünyanın tam dəyişməsinin astanasındayıq.
Bunu Çin Kommunikasiya Universitetinin doktorant və elmi rəhbəri, bəşəriyyətin vahid taleyi tədqiqat institutunun prorektoru və media konvergensiyası əsas laboratoriyasının elmi işçisi Di Detsyan deyib.
Metavers (metaverse insanların real həyatda edə bildiyi bir çox şeyi virtualda da etməsinə imkan verən bir dünyadır-red.) saytların artan populyarlığının media sahəsinə təsirindən danışan Di Detsyan qeyd edib ki, hazırda metavers və ənənəvi medianın gələcəkdə bir-birinə necə təsir edəcəyi hələ aydın deyil.
Onun fikrincə, sosial şəbəkələrin populyarlığına baxmayaraq, ənənəvi media hələ də yüksək keyfiyyətli məlumatların yeganə mənbəyi olaraq qalır.
Bununla yanaşı, o qeyd edib ki, on ildən sonra nə baş verəcəyini heç kim bilmir, çünki artıq bütöv bir nəsil virtual reallıqda yaşayır – online işləyir, öyrənir və əylənir. Və bu da bir əlaqənin necə qurulacağı hələ aydın olmayan bir reallığın bir hissəsidir.
Detsyan çoxlarının ənənəvi KİV-dən üz döndərməsi ilə razılaşıb. Onun fikrincə, metavers kommersiya baxımından və özünü ifadə etmək baxımından qalib gəlir, lakin bu o demək deyil ki, hər bir istifadəçi KİV ola bilər. Onun sözlərinə görə, bununla bağlı dövlət mediası və ümumilikdə ənənəvi media öz mövqelərini qoruyub saxlayacaq.
Ekspert hesab edir ki, “Facebook” və “Tik-Tok” ənənəvi medianı əvəz edə bilməyəcək. “Onlar dərin və peşəkar şəkildə tərtib edilmiş məlumat verə bilməyəcəklər. Yaxın gələcək üçün vəzifə virtual mediaya keyfiyyətli məlumat verməyə kömək etməkdir”.
Detsyan qeyd edir ki, metaverse gənclərin rəsmi və ya tanınmış beynəlxalq medianı oxumayan bir sahəsidir və buna görə də ənənəvi media təkcə məzmun haqqında deyil, həm də onun necə təqdim olunduğu barədə düşünməlidir, çünki virtual mediaya məhz bunda uduzurlar.
Onun sözlərinə görə, vəzifə təkcə mətni necə yazmaq deyil, məlumatı hədəf götürdüyünüz auditoriyaya necə düzgün, tez və yığcam şəkildə çatdırmaqdır.
“Bu baxımdan ənənəvi media uduzur, çünki virtual media və metaverse çoxdan gəncləri cəlb edən, lakin eyni zamanda böyükləri maraqlandırmayan qısa audio-video kliplərlə informasiya təqdim etmək variantına keçib. Çox güman ki, gələcəkdə hər iki variantın sintezi olacaq”, - ekspert sonda vurğulayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-05-2022, 13:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər