reklam
Regionxeberlericom.az » Sosial » "Qiymət artımı əməkhaqqı, pensiya artımından qat-qat yüksəkdir" - Deputat

reklam

"Qiymət artımı əməkhaqqı, pensiya artımından qat-qat yüksəkdir" - Deputat

















Milli Məclisdə 2022-ci il üzrə büdcəyə yenidən baxılması ilə bağlı fikirlər səsləndirilib. 

Xatırladaq ki, 2022-ci ilin büdcə gəlirləri 26.816 milyard, xərcləri isə 29.879 milyard manat proqnozlaşdırılıb. Sənəddə Azərbaycan neftinin 1 barelinin qiyməti 50 ABŞ dolları nəzərdə tutulub. Hazırda Azərbaycan neftinin bir bareli 125 dollardan yüksəkdir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, büdcənin gəlirləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2.4 milyard manat və ya 30 faizə yaxın artıq olub.

Yanvar-aprel aylarında büdcənin xərcləri isə 8 milyard 169 milyon manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrünə nisbətən təqribən 640 milyon manat və ya 8.55 faiz artıqdır. Nəticədə yanvar-aprel aylarında dövlət büdcəsinin profisiti 2 milyard 519 milyon manat təşkil edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli də "Turan"a bildirib ki, hazırda Azərbaycan neftinin qiyməti 120 dolların üstündədir. 

Onun sözlərinə görə, postpandemiya dövründə iqtisadi fəallığın artması nəticəsində qeyri-neft sektorundan da gələn vəsaitlər artıb: "İqtisadi fəallıqla yanaşı, həm də kölgə iqtisadiyyatının daralması nəticəsində həm keçən il kifayət qədər büdcəyə əlavə vəsait toplanılmışdı, həm də bu ilin büdcəsində profisit özünü göstərir".

Komitə üzvünün fikrincə, Azərbaycanda qiymətlərin artması rəsmi proqnozlardan kifayət qədər yüksəkdir: "Qiymət artımı ilə paralel sürətdə sosial proseslərin tənzimlənməsi məqsədilə atılan addımlarda əməkhaqqının, pensiyanın, müavinətlərin artırılması həyata keçirildi. Amma bu artımlar yetərincə qiymət artımını örtə bilmədi. Qiymət artımı əməkhaqqı, pensiya artımından qat-qat yüksəkdir".

O qeyd edib ki, bu, əvvəllər aztəminatlı vətəndaşların, indi isə artıq orta təbəqənin həyat səviyyəsinin aşağı düşməsinə təsir göstərir: "Əhalinin güzəranının pisləşməsinin qarşısını almaq üçün əməkhaqqı, pensiya və digər ödənişlərin yenə də artırılması və əlavə vəsaitin o məqsədə yönləndirilməsi vacibdir".




Paylaş:


Müəllif : Tarix:
2-06-2022, 17:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər