reklam
Regionxeberlericom.az » Sosial » Azərbaycanın bu kəndində su içmək üçün yağışı gözləyirlər - Video

reklam

Azərbaycanın bu kəndində su içmək üçün yağışı gözləyirlər - Video

















Qobustan rayonunun Nardaran kəndində sakinlər içmək üçün yağış sularından istifadə edirlər.

Bu barədə “Azadlıq radiosu”nun hazırladığı reportajda bildirilir.

Kənd sakinləri bildirirlər ki, yağış sularını toplayaraq içmək üçün istifadə edirlər. Onların sözlərinə görə kənddə bu məqsədlə istifadə oluna biləcək başqa su ehtiyatı mövcud deyil.

Həmçinin kənd sakinləri kənddə qazın da olmadığını, onun yerinə isə yandırmaq üçün mal-qaranın təzəyindən istifadə etdiklərini bildiriblər. Onların sözlərinə görə, kənddə məktəb binası olsa da, müəllimlər bu kəndə gəlməkdən imtina etdikləri üçün övladlarını qonşu kəndlərə göndərməli olurlar. Bu isə, xüsusilə qış aylarında ciddi təhlükə deməkdir.

Reportajda həmçinin, xanəndə, Xalq artisti Alim Qasımovun ata-baba yurdu olan Qobustanın Qurbançı kəndindəki sosial problemlərdən də bəhs olunur.

Reportajı təqdim edirik:




Paylaş:


Müəllif : Tarix:
3-06-2022, 12:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər