reklam
Regionxeberlericom.az » Sosial » İsa Qəmbər son qərarını verdi: İyulun 6-da... - AÇIQLAMA

reklam

İsa Qəmbər son qərarını verdi: İyulun 6-da... - AÇIQLAMA


Xəbər verdiyimiz kimi, bir müddət öncə Azərbaycan Ali Sovetinin keçmiş sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərə veriləcək müavinətin məbləği açıqlanıb. İsa Qəmbərə 180 manat müavinət təyin olunub.


Milli Məclisin sabiq sədri İsa Qəmbərin mövqeyini çatdıran vəkili Nemət Kərimli bildirib ki, 180 manat məbləğində pensiya təyin edilməklə sanki ona sosial müavinət verilir. Bununla bağlı məhkəməyə müraciət olunacaq. Vəkil Xalid Ağəli isə bildirib ki, İsa Qəmbər Avropa Şurası məkanında ən az pensiya təyin edilmiş yüksək vəzifəli şəxsdir.


Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin vəkili Nemət Kərimli Cebhe.info-ya açıqlamasında artıq sənədlərin hazır olduğunu və gələn həftə bazar ertəsi günü məhkəməyə təqdim ediləcəyini deyib:


"Azərbaycanda məhkəmə sistemi yoxdur, sifarişlə işləyirlər. Necə ki, sifariş verilmişdi ki, İsa Qəmbərə pensiya ayrılmasın, məhkəmə də həmin qayda ilə iddianı rədd edib, qərar çıxaracaq. Sona qədər mübarizə aparacağıq".


Vəkil bildirib ki, məhkəmə qərarının qənaətbəxş olmadığı halda İsa Qəmbər pensiya məsələsinin həlli üçün Avropa Məhkəməsinə müraciət edəcək.


Qeyd edək ki, iddia İsa Qəmbərə Milli Məclis Sədrinin aldığı əməkhaqqının 80 faiz miqdarında pensiyanın təmin olunmasıdır.




Paylaş:


Müəllif : Tarix:
3-06-2022, 13:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər