Vilyam Hacıyev məhkəmədə ifadə verib - "Seyfimdən bir dənə də olsun nə qanunsuz sənəd..."
Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı V.Hacıyevə suallar verib.
Təqsirləndirilən şəxs barəsində irəli sürülən ittihamların əsassız olduğunu deyib: "Mənim otağımda aparılan axtarışda seyfimdən bir dənə də olsun nə qanunsuz sənəd, nə maaş kartı çıxıb. Dövlət tərəfindən ayrılan vəsait qanuni olaraq rayonun abadlaşdırılmasına sərf olunub. İmişlidə abadlıq işləri xüsusi şirkətlər vasitəsilə görülüb".
Daha sonra hakim ekspertiza rəylərini elan edib.
V.Hacıyev isə suallara cavab olaraq qeyd edib ki, istintaqda affekt vəziyyətində olub və ona təqdim olunan sənədlərə zorla qol çəkdirilib.
Prosesdə ifadə verən Dost İş Mərkəzinin hüquqşünası isə V.Hacıyeva qarşı 274 min 894 manat mülki iddia qaldırıb. Mülki iddia məhkəmə tərəfindən qəbul edilib.
Daha sonra Kürdəmir Regional Mədəniyyət Mərkəzinin rəhbəri Nadir Çıraqov ifadə verərək, onlara dəyən 31 min maddi ziyanın ödənilməsini tələb edib.
Məhkəmənin növbəti iclası iyunun 6-na təyin edilib.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub. //trend//
Paylaş:
Müəllif : Yazar
Tarix:3-06-2022, 16:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər