"Mən üzləşdiyim böyük haqsızlıqlarla əlaqədar cənab Prezident İlham Əliyevə müraciət hazırlayıram"
Xəbər verdiyimiz kimi, bu yaxınlarda Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsini icra edən Rövşən Məmmədovun müvafiq əmri ilə AzTV-nin texniki direktor müavini vəzifəsinə Xəlil Məmmədov təyinat alıb. Xəlil Məmmədov Rövşən Məmmədovun həyat yoldaşının əmisidir. Buna qədər isə həmin vəzifəni “Əməkdar mühəndis” Knyaz Mehdiyev icra edib.
Rövşən Məmmədovun Knyaz Mehdiyevi işdən çıxarması qarşı tərəfin məhkəməyə üz tutmasına səbəb olub. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) texniki direktorun birinci müavini vəzifəsində çalışmış Knyaz Mehdiyev işdən qanunsuz olaraq çıxarıldığına görə, kanalın sədr vəzifəsini icra edən Rövşən Məmmədovu məhkəməyə verib.
Bu barədə Knyaz Mehdiyev özü Demokrat.az-a məlumat verib.
Bildirib ki, Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi artıq onun xeyrinə qərar çıxarıb.
"Mən məhkəmənin çıxardığı qətnamələri özümlə götürərək, AzTV-yə işimi davam etdirməyə getdim. Ancaq Rövşən Məmmədovun tapşırığı ilə məni qanunsuz şəkildə işə buraxmadılar. Məhkəmənin qərarını onlara göstərirəm, ancaq Rövşən Məmmədov onu heçə sayır. Adam məhkəmənin qərarını saymır, hegomonluq edir. Mən 45 ildir ki, dövlət televiziyasında çalışıram, Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev tərəfindən Fəxri adlar almışam. “Əməkdar mühəndis” adını hər adama vermirlər. Amma cənab Prezident mənə bu adı verib. Cənab Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi olan çox hörmətli Əli müəllim Həsənov özü şəxsən mənə vəsiqəni təqdim edib. Baş mühəndis, direktorun birinci müavini vəzifəsinə kimi yüksəlmişəm. İndi təcrübəsiz adamlar məni qanunsuz şəkildə işdən çıxarır, məhkəmənin qərarlarına qarşı çıxaraq açıq şəkildə hegomonluq edir. Mən üzləşdiyim böyük haqsızlıqlarla əlaqədar cənab Prezident İlham Əliyevə müraciət hazırlayıram. Yaxın günlərdə bunu ictimailəşdirəcəm".
Knyaz Mehdiyevin həyat yoldaşı Sədaqət Mehdiyeva da Rövşən Məmmədovun ərinə qarşı etdiyi əməllərdən şikayətlənib.
O, Rövşən Məmmədovun Knyaz Mehdiyevə qarşı qanunsuz əməllərindən və məhkəmənin qəbul etdiyi qərarları kobud şəkildə pozduğuna görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya müraciət edib.
Demokrat.az-ın redaksiyasına göndərilən müraciətdə Rövşən Məmmədova qarşı şok ittihamlar yer alır. Həmin müraciəti təqdim edirik:
Xalqımızın sevimli lideri ,Prezidentimiz İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyeva ,elimizin sevimli qızı Leyla xanım sizin haqq-ədaləti üstün tutduğunzu bilərək ailəmiz adından sizə müraciət edirəm ki, məmur özbaşnalığına son qoyasınız .Söhbət Aztv -yə təyin olunan sədr əvəzi Rövşən Məmmədovun vəzifəyə keçəndən şirkətdə illərlə işləyən peşəkar işçilərin başına açdığı oyunlardan gedir. Bu kəs özünü Aztv -də o qədər mənfi cəhətdən göstərmişdirki tv tarixində ən bacarıqsız sədr kimi ad alacaq ,işə başladığı 5 ay müddətində bu kəs nə qədər tanıdığı dost-tanış ,qohum-əqraba içində olmaqla nə az nə çox 238 yeni kadr işə götürmüş və Azərbaycanın tv tarixində olan bütün sədrlər içində "rekordu" qırmış ən əsasda bir vaxt Aztv -dən uzaqlaşdırılan qeyri-peşəkar, savadsız arvadının əmisi Xəlil Məmmədovu ,onun qaynı Xanəli Zeynalovu və dostu Bünyadzadə İsməti tv texnikasından anlayışları belə olmayanları şirkətdə yüksək vəzifələrə qoymuşdur.
O ki qaldı mənim ailəmə 1 günün içində qabaqcadan xəbərdarlıq belə etmədən əmək məcəlləsindəki bütün bəndləri pozaraq, yoldaşım 45 il qüsursuz çalışdığına görə 2 fəxri ada layiq görülmüş Aztv -nin baş mühəndisi "Əməkdar mühəndis"Mehdiyev Knyaz Rəşid oğlunu və tv texnikasını xüsusi bacarıqla işlədən Sts sexində kompleks rəisinin müavini ,tv peyk avadanlıqları bölməsinin rəisi ,oğlum Mehdiyev Həmid Knyaz oğlunu məcburən təhdidlə işdən azad etmişdir .Bu haqsızlıqdan narazı qalan yoldaşım Mehdiyev K.R. Səbail r-n məhkəməsinə şikayət ərizəsilə müraciət etmiş və prosesi udmuşdur . Bundan narazı qalan Aztv rəhbərliyi yenidən işə baxılması üçün Apellyasiya məhkəməsinə üz tutmuş əllərində heç bir əsas dəlil olmadığı üçün məhkəmə prosesini bir neçə dəfə təxirə salmışlar və sonunda öz ərizələrini geri götürmüşlər .
İndi diqqətinizi Aztv rəhbərliyinin bilərəkdən oynadığı "xüsusi oyunlarına"cəlb etmək istəyirəm baxın bu kəs vəzifəsindən ölkə başçısının ona göstərdiyi etimaddan necə sui-istifadə edir. Xahiş edirəm tarixlərə xüsusi diqqət yetirəsiniz.
Dünən Aztv bizim ev ünvanımıza məktub gəlmişdir ki, yoldaşım Mehdiyev K.R. 01/02-2019 işdən azad olunmuşdur 04/03-2019 Səbail r-n məhkəməsinin qərarına görə, yenidən işə bərpa olunmuşdur. Aztv rəhbərliyi yenidən işə baxılmaq üçün mart ayının sonlarında Apellyasiya məhkəməsinə müraciət etmiş və sonunda öz ərizələrini geri götürdüklərinə görə əvvəlki məhkəmənin qərarı 04/03-2019 qüvvədə qalmışdır. Dünən 06/07-2019 Aztv aldığımız məktubda göstərilir ki, Rövşən Məmmədov Azərbaycannın məhkəmə qanunlarını tanımır və belə çıxır ki, tanımaqda istəmir. Çünki, Aztv göndərilən məktuba əsasən Mehdiyev K.R.01/02-2019 işdən azad olunub , 01/02-2019 yenidən özünün belə xəbəri olmadan işə götürülüb və 28/02-2019 işdən müqavilə əsasında azad olunub və bu haqda bildiriş bizə 06/07-2019 çatdırılıb. Bütün bu prosesləri həyata keçirən Aztv rəhbərliyi o qədər səhvə yol veribki sayı hesabı yoxdur , göstərilən işə götürüb çıxarmanı əmək kitabçası bizdə olduğu halda hara qeyd olunub , niyə məktubda rəhbərliyin yox, kadrlar şöbəsinin rəhbərinin imzasıdır və ən əsas da yoldaşımın 2011-ci ildən istifadə etmədiyi 06.03.2012-dən, 01.02.2019-dək istifadə etmədiyi məzuniyyət haqqının pul əvəzi ilə ödəməli və şirkətin rəhbərliyi sayəsində məhkəmə gedən zamanı işindən maaşından məhrum oldugu zamanın 01.02.2019-dan 06.07.2019-dək ödənilməlidir.
Möhtərəm prezidentimiz İlham Əliyev və Mehriban xanım mən 31 il Aztv çalışan və 2011-ci ildən onkoloji xəstəlikdən dəfələrlə əməliyyat olunan bir insan kimi sizə müraciət edib Aztv indiki sədr əvəzi Rövşən Məmmədovun üzündən ailəmizin yaşadığı problemlərə son qoymağınıza oğlum və yoldaşımın əvvəlki vəzifələrinə bərpa olunmasını xahiş edirəm.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-07-2019, 17:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-07-2019, 17:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29