Deputatdan "Azərsu"ya İTTİHAM: "Bunlara yazdığım məktublar elə bil kosmosa gedir"
“Dərman qiymətlərində artım var. Əvvəl dərmanların 1 qramlıq olanların qiyməti ilə 0,5 qramlıq eyni qiymətə satılır. Sonra 1 qramlıq versiya yavaş-yavaş aradan çıxarılır”.
regionxeberlericom.az APA-ya istinadla xəbər verir ki, bu barədə deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Deputat bildirib ki, 0,5 qramlıq, 1 qramlıq dərmanın qiymətinə satılır:
“Həmin dərmanı istifadə edən xəstə məcburdur ki, eyni dərmandan 2 ədəd alsın. Qiymətlər süni olaraq qaldırılır. Ola bilər indi inflyasiyadır”.
Deputat diqqətə çatdırıb ki, Lənkəranın 4 kəndinə 1 ildir 100 metr su borusu çəkə bilmirlər: “1 ildir bunu özüm deyib, özüm eşidirəm. “Azərsu” 1000-2000 paqometrə suyu çəkə bilmir. 4 kəndin sakini suyu vedrəylə daşıyır. Axırda şanlı məktub yazmışam, 10 dənə də istinadla məktuba əlavə etmişəm. Bunlara yazdığım məktublar elə bil kosmosa gedir. Bu kəndlərdə şəhid ailələri, qazilər də yaşayır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-06-2022, 14:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər