reklam
Regionxeberlericom.az » Sosial » “Hansı qanunda azyaşlının nişanına icazə var?” – AUB sədrindən erkən nikahlarla bağlı SƏRT AÇIQLAMA

reklam

“Hansı qanunda azyaşlının nişanına icazə var?” – AUB sədrindən erkən nikahlarla bağlı SƏRT AÇIQLAMA


“Nə qədər ki, məsələni ictimailəşdirmirəm, adı olduğu kimi də qalır – “toy”. İcra nümayəndəsi, məktəb direktoru, müəllimlər, bir sözlə hamı gedir toyda oynayır, yeyib içir, pul yazdırır, şagirdə xeyir-dua verir”. regionxeberlericom.az sfera.az-a istinadla bildirir ki, bunu Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə son günlər məktəblilərin artan nikahı ilə bağlı danışarkən deyib. O, bu cür məsələlərin işıqlandırılandan sonra qurumların araşdırmağa başladığını, ailənin toy deyil, nişan etdiyinin ortaya çıxarıldığını vurğulayıb:

“"Toy deyil ki, nişandır" deyib şaxsey gedirlər. Demək ki, qıza toxunmayıblarsa, bu normaldır. Toxunublarsa da,"yaşı çatır”, “xəstəmiz var”, “özü istəyib”, “ev yıxmayın” kimi bəhanələrlə məsələni yoluna qoyurlar. Bu gün də eyni kənddə ikinci toyun adı dəyişdirildi, oldu nişan. İndi deyin görüm hansı qanunda azyaşlının nişanına icazə var? Varsa, daha susum!”.

K.Ağazadə qeyd edilənlərə baxmayaraq səssiz qalmayacağını əlavə edib:

“Siz övladlarınızı məhv etdikcə susmayacam! Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi varmı belə qanun? Sabirabad Rayonu İcra Hakimiyyəti göstərin o qanunu mənə!”.

AUB sədri, həmçinin Sabirabadda iyunun 8-də baş tutacaq toyun sahibinin (ailənin) onu məhkəmə ilə hədələdiyini deyib.

Qeyd edək ki, Sabirabad rayonu Qəzli kəndində ikinci dəfə erkən nikah faktı barədə məlumat yayılıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, araşdırma aparılır.




Paylaş:


Müəllif : Tarix:
7-06-2022, 16:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər