"5 saniyə"yə alınan evlər yenidən satışa çıxarılacaq? - RƏSMİ CAVAB
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksindəki mənzillərin bir neçə saniyə satılması böyük qalmaqala səbəb olmuşdu. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ilkin araşdırmalar aparılmış və bir neçə şəxs həbs edilmişdi.
Bəs qeyri-qanuni yollarla əldə edilən güzəştli mənzillərin aqibəti necə oldu? Onlar yenidən satışa çıxarılıb? MİDA-da AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan məsələlərlə bağlı hazırda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri hüquqi prosedur tədbirlər davam etdirilir . Araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Qurumdan o da qeyd edilib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 30.03.2022-ci il tarixində satışa çıxarılmış 442 güzəştli mənzilin yenidən seçimi həyata keçirilməyib .
Qeyd edək ki, martın 30-da Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzil satışa çıxarılmışdı. Mənzillərin bir neçə saniyə ərzində satılması böyük qalmaqala səbəb olmuşdu.
Mənzil satışı zamanı kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə müdaxilə halları müşahidə edilmiş, Agentliyin şəffaf fəaliyyətinin təcəssümü kimi bu məsələnin araşdırılması üçün aidiyyəti üzrə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilmişdi.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-06-2022, 12:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər