“Avto start” mağazalar şəbəkəsi qanunları niyə pozur? - MƏHKƏMƏ
Bakıda fəaliyyət göstərən “Avto start” avtomobil ehtiyatı hissələrinin satışı ilə məşğul olan mağazalar şəbəkəsi ilə bağlı məhkəmə iddiası qaldırılıb.
regionxeberlericom.az-un Teleqraf.com-a istinadla məlumatına görə, şəbəkənin Nəsimi rayonu A.Mustafayev küçəsində yerləşən mağazasında qanun pozuntusu aşkarlanıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Baş İdarəsi tərəfindən həmin mağaza ilə bağlı protokol tərtib olunub.
Həmin protokolda göstərilir ki, bu ilin mayın 11-də, saat 12.15-də fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olunan şəxslər Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən “Avto start” avtomobil ehtiyatı hissələrinin satışı mağazasında həyata keçirilən operativ vergi nəzarəti zamanı oranı işlədən şəxslər tərəfindən obyektdə quraşdırılmış NKA-nın fiskal yaddaşına daxil edilmiş məbləğlərə baxış keçirilməsinə mane olunub.
Bununla da sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər inzibati xəta törədiblər.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəbəkə barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü (sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə) maddəsi ilə inzibati qaydada protokol yazılıb.
Protokol araşdırılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Solmaz Mustafayevanın sədrliyi ilə araşdırılıb.
Məhkəmə araşdırması zamanı məlum olub ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Baş İdarəsi tərəfindən obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması ilə bağlı plandankənar yoxlamanın həyata keçirilməsi qərara alınıb.
Avto-ehtiyat hissələrinin satışı obyektində yoxlama 28 aprel 2022-ci ildə başlanılıb, 27 may 2022-ci ildə bitib.
Yoxlama zamanı obyektdə istifadə edilən NKA-nın fiskal yaddaşına daxil edilmiş məbləğlərə baxış keçirilməsi məqsədilə təqdim edilməsi təklif olunub.
Buna baxmayaraq sahibkarlar tərəfindən obyektdə quraşdırılmış NKA təqdim edilməyib.
Həmçinin NKA-nın fiskal yaddaşına daxil edilmiş məbləğlərə baxış keçirilməsinə mane yaradılıb.
Buna görə də hakim protokola əsasən obyekt sahiblərini 1000 manat məbləğində cərimə edib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-06-2022, 12:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər