reklam
Regionxeberlericom.az » Sosial » “4 minə yaxın şəhid ailəsi üzvü və qazi təklif olunan işlərdən imtina edib”

reklam

“4 minə yaxın şəhid ailəsi üzvü və qazi təklif olunan işlərdən imtina edib”


“Bu il 16700 nəfər özünüməşğulluq proqramına cəlb olunacaq”.


Bu sözləri Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşqulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirilən mətbuat konfransında bildirib.


O qeyd edib ki, agentlik 4 min şəxsin keyfiyyətli peşə kurslarına cəlb edilməsini hədəf kimi qarşıya qoyub: “Növbəti il üçün hədəf isə 7 minin üzərindədir”.


M. Abbasbəyli əlavə edib ki, müharibə bitdikdən sonra Prezidentin göstərişi ilə ƏƏSMN tərəfindən tədbirlər planı hazırlanıb: “Şəhid ailələrini işlə təmin etməyə başladıq. Kvota ilə əhatə olunan kontingent genişləndirilməyə başlanıldı. Bu daha çox əlilləri, o cümlədən müharibə əlillərini əhatə edir. Bu kvota 80 minə çatdırılacaq”.


Agentlik sədri bildirib ki, dörd minə yaxın şəhid ailəsi üzvü və Vətən müharibəsi qazisi müxtəlif səbəblərdən onlara təklif olunan işlərdən imtina edib.




Paylaş:


Müəllif : Tarix:
9-06-2022, 15:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər