reklam
Regionxeberlericom.az » Sosial » AMEA-nın 470 alimini Şuşaya aparmaq adı ilə bu təşkilat ALDADIB – Rəsmi AÇIQLAMA

reklam

AMEA-nın 470 alimini Şuşaya aparmaq adı ilə bu təşkilat ALDADIB – Rəsmi AÇIQLAMA


AMEA alimlərinin Şuşaya getməklə bağlı üzləşdikləri qəribə durum ictimaiyyətdə müzakirələr yaradıb.

Belə ki, AMEA-nın 470 aliminin hər birindən Şuşada keçiriləcək elmi konfransda iştirak üçün 70 manatdan pul yığılıb. Amma onların içərisindən 100 nəfər seçilərək ötən gün Şuşaya göndərilib.

Səfərlə bağlı texniki işi isə Azərbaycan Dövlət Pedaqoji Universitetin elmi işçisi və müəllimi Əlvan Cəfərov görüb. Saytımıza açıqlamasında Əlvan Cəfərov Şuşa səfərinin AMEA tərəfindən təşkil olunduğunu açıqlayıb və digər 370 nəfərin Şuşaya səfərinin baş tutmasının sual altında olduğunu bildirib.

Bir sözlə Əlvan Cəfərov məsələdə birbaşa AMEA-nın rolu olduğuna işarə edib. Bu isə tərəflər arasında qalmaqala səbəb olub. AMEA-nın mətbuat katibi Azadə Balayeva Bizim.Media-ya açıqlamasında bildirib ki, Əlvan Cəfərov AMEA-nın müxbir üzvü deyil və tədbirin təşkilatçısı onun təmsilçisi olduğu İqtisadi Yüksəliş və Sosial Araşdırmalar İnstitutudur:

“Bizim alimlər də onların dəvətinə əsasən bu təşkilatın tədbirlərinə qatılır. Sözügedən konfrans AMEA alimlərinin də iştirakı ilə artıq 3-cü dəfədir ki, keçirilir. Əlvan Cəfərovun açıqlamaları ilə də tanışam və o, pulların hansı məqsədlərlə toplandığını açıqlayıb. O, pul ödəyən digər AMEA əməkdaşlarının da Şuşaya səfərinin gerçəkləşməsi üçün bu gün danışıqların aparılacağını bildirib. Yəqin ki, günün sonuna yaxın özü bu barədə açıqlama verər”, - deyə AMEA rəsmisi qeyd edib.

Qeyd edək ki, İqtisadi Yüksəliş və Sosial Araşdırmalar İnstitutu tərəfindən AMEA-nın 470 aliminin hər birindən 70 manatdan yığılan toplam pul 32 min 900 manat təşkil edir. Hələlik 470 nəfərin 100-ü Şuşaya gedib.





Paylaş:


Müəllif : Tarix:
10-06-2022, 13:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər