“Həcc ziyarətini turizm şirkətləri təşkil etməlidir, QMİ yox... ” - Elşad Miridən ETİRAZ
Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti bir nəfər üçün 9 106 manat müəyyən olunub.
Builki qiymət 2020-ci ilki müvafiq rəqəmdən 860 dollar çoxdur. Xatırladaq ki, sözügedən ziyarəti Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.
Ziyarəti həyata keçirmək istəyən əksər insanlar isə təqdim olunan qiymətlərin yüksək olmasından narazılıq edərək, qiymətlərin aşağı salınmasını istəyirlər.
Məsələ ilə bağlı Sfera.az-a danışan ilahiyyatçı Elşad Miri Həcc ziyarəti üçün təqdim olunan qiymətin absurd olduğunu və müddətin lazımsız yerə uzun sürdüyünü deyib:
“Əvvəllər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təsis ediləndə digər şirkətlərin insanları Həccə aparması üçün şərait var idi. Həmin dövrdə QMİ buna qarşı gəlirdi. Lakin DQİDK sədri Rafiq Əliyev buna irad göstərdi və insanlar müxtəlif şirkətlərlə ziyarətə rahat gedib gələ bilirdilər. Sonra isə QMİ yenidən təşəbbüsü ələ keçirdi və müxtəlif “əsaslar” gətirildi. Əgər bir yerdə rəqabət yoxdursa, orada yüksək keyfiyyət olmur. Beləliklə, QMİ öz istədiyi kimi hərəkət edərək ziyarət üçün 9000 manatdan çox tələb edir. Bu isə bir tələbənin 4 illik təhsil haqqı, Azərbaycanın gələcəyi üçün yatırım deməkdir. 2-3 günə gerçəkləşdirə biləcəyimiz bir ziyarəti QMİ 2-3 həftəyədək artırır”.
İlahiyyatçı Həcc ziyarətinin QMİ-dən alınmasının tərəfdarı olduğunu deyib:
“Təşkilatçılar bu səfəri ziyarət üçün yox, maddi qazanc əldə etmək üçün təşkil edir. Biz özümüz də QMİ vasitəsilə Həcc ziyarətinə getmişdik və qalacağımız yerlər bərbad vəziyyətdə idi. O ərəfədə isə Həcc ətrafında otel tapmaq çox çətin hal hesab olunurdu. Ona görə də ziyarət məsələsi bu gün həll olmalıdır. DQİDK axund təyini məsələsini QMİ-dən aldığı kimi Həcc ziyarətini də turizm firmalarına verməlidir. Bu, həqiqətən də Həcc ziyarəti etmək istəyən insanlar üçün faydalı olacaq. Müxtəlif firmalar tərəfindən təşkil edilən Həcc ziyarəti dəfələrlə ucuz ola bilər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-06-2022, 16:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər