reklam
Regionxeberlericom.az » Sosial » `BÖYÜK FIRAT`da hansı HOQQALAR ÇEVRİLİR... - ŞOK İDDİALAR

reklam

`BÖYÜK FIRAT`da hansı HOQQALAR ÇEVRİLİR... - ŞOK İDDİALAR














Ağayev Ülvi Ağalar oğlu uzun müddət çalışdığı “Büyük Fırat” restoranlar şəbəkəsində başına gətirilən oyunlarla bağlı 32gun.az-a danışıb.

- Neçənci ildən “Büyük Fırat” restoranlar şəbəkəsində çalışırsız?

- 2011-ci ilin fevral ayından “Büyük Fırat” restoranlar şəbəkəsinin Səbail rayonu, Nizami küçəsində (Tarqovu) yerləşən Xaqani ticarət mərkəzinin 2-3-cü mərtəbələrində fəaliyyət göstərən filialında işə başlamışam. 2013-cü ildən həmin restoranın “Elmlər akademiyası” Bəxtiyar Vahabzadə 14 filialına göndərilmişəm. 2021-ci il noyabrın 5-dək orada fəaliyyət göstərmişəm. Çalışdığım müddət ərzində 12-15 saat işləmişəm. Əlavə saatlar üçün mənə heç bir ödəniş edilməyib. Əlavə olaraq – mənə sığorta kartı, qeydiyyat və sairə kimi məsələləri soruşduğumda müxtəlif cavablar verilib.

Belə ki, restoranın Elmlər Akademiyasındakı filialının adminstratoru Türkiyə vətəndaşı olan “İsa” ləqəbi ilə tanınan İrfan Önən mənə bildirirdi ki, biz bu şöbənin köhnə işçilərini qeydiyyat almışıq, amma vergiyə görə az vaxt göstərilib. Əgər sən də vergini özün ödəmək istəsən, işlədiyin hər gün üçün 3 manat ödə, biz sənin sosialını ödəyək, sən də bundan sonra qeydiyyata düş. Belə olduğu halda, elə həmin gündən başlayaraq 2013-cü ilin fevralından etibarən işlədiyim hər günə görə 3 manatı ödəməyə başladım.

Bundan əlavə, pandemiyadan dolayı bizə dəymiş ziyanın qarşılanması üçün dövlətin ayırdığı 250 manatı bizə 130 manatdan verdilər. Bu barərə ümumi şöbələrin müdiri, Hüseyn Büyük Fıratın bacısı oğlu Emin Kəklikə etirazımı bildirmişdim. Buna səbəb olaraq, müqaviləsiz fəaliyyət göstərən digər işçi yoldaşlarıma ödəniş edilməsi göstərdii. O bildirmişdi ki, onları qeydiyyata almadıqları üçün bizə ayrılan pulun 120 manatını onlara ayırdılar. Etiraz bildirsəm də mənlə razılaşmadılar, “istəyirsən işlə, istəmirsən çıx get” deyə cavab verdilər. Əlavə olaraq mən bildirdim ki, Prezidentin sərəncamı var, pandemiya dövründə heç bir işçi işdən azad olunmamalıdır, çətin vaxtdır. Mənə dedilər ki, “səni işdən elə çıxaracığıq ki, heç kimin ruhu inciməyəcək. Mən səni ləkələyib çıxaracam heç sən bilmiyəcəksən”.

Etirazımı bildirsəm ki, çətin dövr idi və pula ehtiyacımız olduğu üçün orada işləməyə davam etdim.

Qeyd edim ki, Pandemiya zamanı 4 dəfə verilməli olan 250 manatıda 2 dəfə 130 manat olmaq şərtilə ödəyib qalanını mənimsəyiblər. Mən restoranda ikinci pandemiya dövründə mühafizəçi işləyirdim, amma bununla belə mənim adım pul veriləcəklər siyahısına yazılmışdı. Əslində isə mənə pul verilməməli idi. Onlar kartı məndən aldılar və dedilər ki, bu pul ilə sənin sosialını ödəyəciyik. Amma halbuki həmin dövrdə mənim sosial ödənişim olmayıb. Və bu pulu onlar özləri mənimsəyiblər. Mənim adıma göndərilib, oradan çıxarıb, mənimsəyiblər.

Daha sonra orada işlədiyim 11 il müddətində mənə heç bir məzuniyyət verilməyib. Məzuniyyət istəyəndə isə “biz sənə məzuniyyət vermirik, vermiyəcəyik, biz buna görə əlavə olaraq 13-cü ayın ödənişini etməliyik və s.” deyilirdi.

Yenidən məzuniyyətimi tələb edəndə “səni işdən çıxararıq, istəyirsən işlə, istəmirsən işləmə” deyərək hədə qorxu gəlirdilər. O restoranda heç kim məzuniyyət götürmürdü, ətrafımda olan hər kəsin vəziyyət eyni idi.

8 saatdan çox, yəni 14-15 saat işləmişəm və buna görə əlavə heç bir ödəniş edilməyib.

Son 2 ildə isə 10 saatdan çox işləmişəm. Bütün bunların qarşılığında heç bir əlavə ödəniş edilməyib, məzuniyyət haqqımdan istifadə etməyə icazə verməyiblər.

Hazırda onların mənə borcları var – belə ki, məzuniyyət pulları və işdən çıxardıqdan sonraki, sonuncu hesabat ödənilməyib.

- Sizi nə vaxt və hansı səbəblə işdən çıxarıblar?

- 2021-ci ilin noyabrın 5-də məni işdən çıxarıblar.

İşdən çıxarılma səbəbi, restorana gələn hərbçi müştərilərdən biri mənimlə kobud danışmışdı, ona mədəni formada iradımı bildirdimişdim. Bundan sonra o məni çölə çağırdı. Adminstratora yaxınlaşıb bildirdim ki, “çıx o müştəriyə başa sal ki, iş vaxtında işçini çölə çağırmaq olmaz, onun əvəzinə gəlmişəm, etirazını mənə de. Sizin onunla dava etmək ixtiyarınız yoxdur”.

Adminstrator isə mənim fikrimə etiraz edərək bildirdi ki, çıx özün cavab ver. Bundan sonra çölə çıxdım, müştəri mənə dedi ki, “telefon nömrəni ver səninlə görüşüb səni döyəcəm. İndi hərbi formadayam səninlə dalaşa bilmirəm, sonra görüşəcəyik”.

Cavab olaraq bildirdim ki, hazırda iş başındayam, işim saat 17:00-da bitir, gələrsiz söhbət edərik. O cavab verdi ki, mən səninlə söhbət etməyəcəm, vurub çənəni qıracam. Ona yenə dedim 17:00-da gələrsiz.

Çevrilib işə qayıdan zaman o məni söyüb, arxadan vurdu. Baş verənlərin hamısı oradakı təhlükəsizlik kamerasına düşdü. İki dəfə arxadan vurdu, çənəmə yumruqla atdı və bir də təpik vurdu. Mən də özümü müdafiə etmək üçün bir dəfə təpik atdım. Sonra bizi araladılar.

Adminstrator İİrfan bəy gəlib mənə dedi ki, o qayıdacaq sənin ağız-burnunu qıracaq. Mən dedim ki, burada kamera görüntüləri var, onu hərbi polisə şikayət edəcəm, cəzasını alacaq.

İrfan bəy dedi ki, kamera görüntülərini verməyəcəm və sənin üzünə duracam ki , əxlaqsızlıq və tərbiyəsizlik etdin, ona qarşı səhv etdin.

İradımı bildirdim ki, biz birlikdə işləyirik siz mənim üzümə durub, qanuni şəkildə olanı gizlədəcəksiz? Adminstartor cavabında bildirdi ki, mən qanun zad baxmıram, mən beləyəm. Utanmazcasına dövlətimizin qanununa qarşı təhqiramiz ifadələr, söyüşlər işlətdi.

Ona qanunu söydüyü üçün etiraz etdim, o isə mənə dedi ki, yaxşı edirəm.

Ondan üzr istədiyimi desəm yenidən işə qaytarılacağımı desə də etiraz etdim. Bildirdim ki, heç kim qanuna bunları deməz, dedi sən deyəcəksən , deməsən işlətməyəcəm. Bundan sonra dedim ki, mən bunları demiyəcəm, sizi şikayət edəcəm. Gətirin ərizəmi yazım, 3 aylıq təzminatımı ödəyin sonra çıxarın. İrfan bəy, dedi ki, mən burada heç kimə heç nə vermirəm. Hüseyn Büyük Fıratın adını hallandıraraq “Sən bilirsən ki, bu restoranın sahibi kimdir? O prezidentlə əl ilə görüşən adamdır, Ərdoğanla və İlham Əliyevlə dostdur. Pul basaram sənin başına oyun gətirərəm, ac köpəklər kimi küçələrdə gəzərsən. Bu restorana heç kim toxuna bilməz”.

Dedim ki, əmək kitabçamı, hesabatımı və məzuniyyətimi verin. Qarşılığında yox cavabı aldım. Ardınca məni əl-qol hərəkətləri ilə itələdi. Qolumdan tutub çölə çıxartdı. Mən daha sonra hərbi polisə zəng vurdum, şikayət etmək istədiyimi bildirdim.

Oradan mənə mülki polisə şikayət etməyimi bildirdilər. Daha sonra 102-yə zəng vurdum, məni Yasamal rayonundakı 26-cı bölməyə göndərdilər. Həmin bölmədə oturan mayor rütbəli Səyyad adlı şəxs mənim ifadəmi aldı, amma şikayətimə baxmadılar.

3 dəfə 102-yə müraciət etsəmdə, baxılmadı. Bunun ardınca 2 dəfə nazirə teleqram vurdum. Axırda məni bölməyə dəvət etdilər. Orada bildirdilər ki, mənim izahat ərizəm ləğv olunub, işə baxılmayıb, yenidən izahat verməli olduğum bildirildi.

Mən yenidən izahat verdim. Belə güman edirəm ki, bu adminstrator mənimlə əl-qol hərəkətləri edib, məni itələyib deyə o görüntüləri gizlədib.

Onu da qeyd edim ki, adminstratora qanuna zidd hərəkətlər etdiyini bildirsəm də, o mənə “biz nə istəsək onu da edəcəksiniz” cavabını verirdi.

Ona müqaviləmin olduğunu bildirdim. O, isə dedi ki, sənin müqavilən yoxdur sən sadəcə kağıza qol çəkmisən ki, burada işləyirsən. Mən orda 2013-cü ildən işləsəmdə onlar məni 2017-ci ildən etibarən qeydiyyat ediblər. Onlar mənim 11 illik fəaliyyətimin 7 ilini silib, 3 ilini qeyd ediblər.

İrfan bəy, mənim əmək kitabçama “70 ç” yazdırıb. Guya mən qanun-qaydalara riayət etməyən biri olmuşam.

Emin Kəklik mənə zəng vurub, ərizəmi geri götürməyimi istəyib. Mən götürməyəcəyimi bildirdikdən sonra , cavabında mənə bildirdi ki, “orada mənə heçnə düşmür, 1000-1500 manat cərimədi və o mənim üçün heç nədir, yeri gəlsə orda-burda mən pul basaram o söhbəti bağlayaram, “70 ç” qalar sənin adında”.

- Ümumi nə qədər borcları var sizə?

- Məndən ümumilikdə 8640 manat sosial ödəniş (DSMF) alıblar. Bunu mən öz gələcəyim üçün etmişdim ki, pensiyaya çıxanda ödəniş ala bilim. Amma bunlar məndən işlədiyim müddətdə hər gün aldıqları 3 manatı mənimsəyiblər. Gəlmədiyim günlər üçün olan 640 manatı çıxıb 8000 manatı tələb etdim. Bundan başqa 11 illik məzuniyyət pulu və sonuncu hesabatımı vermədilər. Həm də mənə ödənişlər günəmuzd şəklində ödənilib. Hər gün kassadan 15 manat pul verilib. Kartla maaş almamışam. Banka kartı və s. görməmişəm. Pandemiya dövründə dəymiş ziyanı isə Bank of Baku ilə ödəyiblər. Əməkdaş bizə filialda qol çəkdirərək, pullarınızı buradan alacaqsız desədə, bizim pullar 1 aydan çox gecikdi. Buna etirazımızı bildirsəkdə, bizə sənədlərin tamamlanmadığını bəzi işlərin yolunda getmədiyini bildirdilər.

Zaur müəllimlə danışanda mənə dedi ki, “İsa” ilə danışım sənə bildirəcəm. İsa cavabında bildirib ki, biz ona maksimum 300 manat pul verə bilərik.

Mən etiraz etdim, cavab olaraq bildirdilər ki, “sən şikayət etsən bizim vəkilimiz var, özümüzü müdafiə edəcəyik. İstəyirsən şikayətini geri götür, biz “70 ç”ni götürək, istəyirsən götürmə elə də qalsın”. Onlar məni şantaj etdilər. Mən isə dedim ki, mənə dəymiş ziyanı ödənilməlidir. Mən 2011-ci ildə işə ərizəsiz daxil olmuşam, eləcə də məni bir filialdan digərinə ərizəsiz göndəriblər. Bundan başqa bu şəxslər 2018-ci ildə məndən xəbərsiz məni işdən çıxarıb və 3 həftə sonra yenidən işə bərpa ediblər. Bunlar əmək kitabçamda göstərilib. Bunların heç birindən mənim xəbərim olmayıb. Bütün bunlar qeyri-qanuni şəkildə həyata keçirilib. Əmək müfəttişliyinə şikayət etdikdən sonra onlar mənim imzalı məzuniyyət ərizəmi vermədilər və bundan sonra iş prokurorluğa getdi. Prokurorluqda işə baxıldıqdan sonra, iş yenidən Əmək müfəttişliyinə göndərildi və restoran 1700 manat cərimə olundu.

Əmək kitabçamda “70 ç” yazıldığı üçün mən hazırda heç yerdə işləyə bilmirəm. Bununla bağlı mən məhkəməyə müraciət etmişəm. Əmək müfəttişliyi mənim xeyrimə qərar verib, ümid edirəm məhkəmə də verəcək.

Kameraların saxlama müddəti 1 ay olduğu üçün artıq o görüntülər silinib. Və onları artıq heç kim tapa bilməyəcək. Mən bölməyə dəvət olunanda sinəmdəki təpik izini göstərib vəziyyəti izah etmişdim. Lakin kamera görüntüləri verilmədiyi üçün bu iş bağlandı. O, hərbiçi də yoxa çıxdı.

Halbuki restoranın mühasibi Zaur bəy mənə zəng vuranda dedi ki, o kamera görüntüləri məndə var, onları mənə İrfan bəy yollayıb. Mən ona dedim ki, kamera görüntüləri varsa, nəyə görə vermirsiz. Cavabı “görüntülər hüquq-mühafizə orqanlarına verilməyəcək” oldu.

- Bu günə qədər nə zamansa, restoran adminstratoru ilə mübahisəniz olubmu?

- Xeyr, heç bir mübahisəmiz olmayıb. O mənə deyib ki, “müştəri etibarı, işçi etibarından önəmlidir”. Mən demişəm işçi qul deyil, o deyib ki, “bu obyektdə işçi quldur, mən belə işlədirəm, neçə illərdir Azərbaycandayam mən necə istəmişəmsə, elədə işlətmişəm, istəyəndə çıxarıb atıram, maaşını kəsirəm və s.” Mən bu zamana qədər bilmirdim ki, o mənim hər gün ödədiyim 3 manatdan yığılan 8640 manatımı mənimsəyib. Onların ödəməli olduğu pulu mən ödəsəmdə bütün pul mənimsənilib. Onlar deyirdi ki, bizə sərf etmir “asan xidmətə” pul ödəyirik, sosiala pul ödəyirik, işçi vergisi ödəyirik və sairə.

Mən orada 2020-ci ilin yayından 2 ay müddətində mühafizəçi işləmişəm. Pandemiyadan sonra yenidən ofisiant kimi fəaliyyət göstərmişəm. Vurulan puluda özlərinə görə vururdular. Mən məhkəmədən öncə mediatır şikayətidə etdim amma onlar ora gəlmədilər.Onlar Əmək müffətişliyinədə gəlmirdilər, iş prokurorluğa getdikdən sonra gəldilər.

- İşdən çıxdıqdan sonraki 6 ay müddətində sizinlə əlaqə yaradıblarmı?

- Xeyr, heç bir əlaqə olmayıb. Sadəcə mühasib Zaur bəylə danışmışam və onlar mənə deyiblər ki, dəymiş ziyana qarşı biz sənə 300 manat verə bilərik.

Bundan başqa mühasib mənə bildirdi ki, İrfan Önən iddia edir ki, sən işi atıb qaçmısan, sən işdən fərarilik etmisən. Mən dedim ki, xeyr siz gedin kameraya baxın görəcəksiz. O məni qolumdan tutub çölə çıxarır, qanunları söyür, məni söyür.

Mən ona bildirdim ki, sən yeri gələndə miqrantsan ama mən Azərbaycan vətəndaşıyam. Konstitusiyada bax görəcəksən. O da, cavabında “konstitusiyanı təhqir etdi, mən beləyəm, mənim arxamda dayananlar var, bu obyekt bilirsən kimindi, bizə heç kim heç nə edə bilməz kimi cavablar verdi. “Biz heç kimə vergi vermirik, məzuniyyət vermirik”.

Əmək müfəttişliyinə “70 ç” ilə bağlı şikayət bildirdim, onlar cavabında bildirdi ki, bunu artıq məhkəmə götürməlidir. Sizə dəymiş ziyan, hesabat və sairə məsələlər məhkəmə tərəfindən həll olunmalıdır. Biz də 3-cü şəxs kimi gəlib orada iştirak edib, həqiqətən işçi barəsində onlarda heç bir faktın olmadığını bildirərik.

Bununla bağlı artıq məhkəməyə müraciət etmişəm.

Onu da qeyd edim ki, məni qanunsuz əməldə günahlandıran İrfan Önən qanunsuz şəkildə xaricii valyuta dəyişməklə məşğuldur.




Paylaş:


Müəllif : Tarix:
11-06-2022, 09:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər