Repetitorluq ləğv edilməlidirmi? – Uşaqlarımızı ŞİKƏST EDİR
Qəribə trend yaranıb. Hər kəs çalışır ki, övladları ali təhsil alsın. İlk baxışdan pis niyyət deyil. Savadlı və bilikli vətəndaş millətin və dövlətin qazancıdır. Amma diplom xatirinə oxumaq (və yaxud oxutmaq) isə həm cəmiyyətə, həm də ailəyə zərbədir. Bu gün kifayət qədər ali təhsilli soydaşımız var ki, ixtisası üzrə iş tapmır. İxtisası üzrə iş tapmayan vətəndaşsa təbii ki, sosial narazılıq mənbəyidir. Üstəlik, şagirdlərin həddən-ziyadə yüklənməsi onları robotlaşdırır.
Uşaqlar 10 illik marafon zamanı gərgin və uzun məşğələlər üzündən həm fiziki, həm də mənəvi-psixoloji travmalar alır. Məsələnin aktuallığını nəzərə alan Bizim.Media mütəxəssislərin rəyini öyrənib.
Təhsil üzrə ekspert Elşad Qafarov bildirib ki, “Şagird gigiyenasi “şagird yeri və normaları haqqında” Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli 171 saylı qərarı var.
Həmin qərarda açıq şəkildə göstərilir ki, ümumtəhsil müəssisəsində birinci sinifdə olan şagirdlərin ev tapşırıqları bir saatdan artıq olmasın.
Yuxarı siniflərdə isə bu norma 4 saatdır.Amma indiki şəraitdə repetitorlar, daha doğrusu “kölgə təhsili” o dərəcədə yayılıb ki, şagird gündə dərsdən sonra 14-15 saat kitab-dəftər arxasında oturur. Bu da son nəticədə onların istismarına gətirib çıxarır. Uşaqların psixasını pozur. Sağlamlığını əlindən alırıq. Son nəticədə biz cəmiyyətə diplomlu, lakin daha çox xəstəliyyə meyilli gənclər veririk”.
Tanınmış həkim Vaqif Qarayev bu sahədə məsələnin çox ciddi olduğunu deyir.
Bildirir ki, “Uşaqlar kifayət qədər yüklənib. Qoymuruq ki, uşaq uşaqlığını yaşasın. Harda görünüb ki, birinci sinif şagirdi əlavə məşğələlərə getsin. Həddən- ziyadə yüklənmələr uşağın psixasını pozur. İndiki uşaqlar ona görə də çox aqressiv və əsəbidir. Üstəlik, həddən ziyadə məşğələlər, stul arxasında oturmalar uşaqların fiziki sağlamlığına da ciddi ziyan vurur. Hazırda uşaqların ən çox əziyyət çəkdiyi xəstəliklərdən biri də onurğa sütununun əyriliyidir. Bu xəstəliksə parta və stul arxasında çox oturmaqdan qaynaqlanır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-06-2022, 10:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər