Taxıl bazarındakı böhran Azərbaycana necə təsir edəcək? - Deputat AÇIQLADI
“Azərbaycan özünün taxıl ehtiyatlarını tam ödəyə bilmir. Bunun üçün məhsulu digər ölkələrdən idxal edirik. Hazırda dünyada taxılla bağlı ciddi problem var. Çünki ABŞ, Kanada, Rusiya, Ukrayna kimi taxıl ixrac edən ölkələrdə bu və ya digər formada müəyyən problemlər ortaya çıxıb”. Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Rusiya-Ukrayna münaqişəsi dünyada taxıl bazarına mənfi mənada böyük təsir göstərib: “Azərbaycanın da taxıl idxal etdiyi ölkələr, əsasən, Rusiya və Ukraynadır. Məhz bu hal Azərbaycanda taxıl bazarına təsirsiz ötüşməyəcək. Buna baxmayaraq Azərbaycan höküməti qabaqlayıcı tədbirlər həyata keçirib. Həmin tədbirlərə dövlət proqramlarının hazırlanması, Dövlət Taxıl Fondunun yaradılması, Şərqi Zəngəzur və Qarabağ İqtisadi zonasında taxıl zəmilərinin salınması kimi müvafiq addımları misal gətirə bilərik. Bütün bunlarla yanaşı idxal-ixrac potensialının genişlənməsi istiqamətində də işlər həyata keçirilir”.
A.Hüseynov vurğulayıb ki, Ukraynadan taxıl Qara dəniz vasitəsilə ixrac edilir: “Qara dənizdən taxılın daşınması üçün müvafiq dəhlizin açıqlması barədə Türkiyə, Rusiya və Ukrayna arasında danışıqlar aparılır. Düşünürəm ki, Azərbaycan höküməti öncədən bütün prosesləri nəzərə alıb və taxıl ehtiyatlarının yaradılması üçün müvafiq tədbirlər həyata keçirilib. Bu kimi proseslər daim diqqət mərkəzindədir. Yəni, respublikanın taxıl ehtiyatı, əhalinin taxıla ehtiyacının ödənilməsi üçün konkret fəaliyyət proqramı var və narahatçılığa heç bir əsas yoxdur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-06-2022, 16:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər