Təqaüdə göndərilən polkovnikdən AÇIQLAMA
Xəbər verildiyi kimi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, V.Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Bu barədə Publika.az-a danışan V.Əsədov faktı təsdiqləyərək onunla maraqlananlara təşəkkür edirəm: “Telefonum gün ərzində susmayıb. Mən çox xoşbəxt insanam ki, son yaş həddinədək polis orqanlarında şərəf və vicdanla dövlətimizə, insanlarımıza xidmət etmək imkanım oldu. Məhz buradan təqaüdə göndərilməyin özü hər kəsə nəsib olmayan böyük xoşbəxtlikdir”.
V.Əsədov bundan sonra hər hansı fəaliyyətinin olub-olmayacağı sualını belə cavablandırıb: “Hazırda təhvil-təslim prosesini yekunlaşdırmağa çalışıram. Yaxın günlərdə bu barədə mediaya açıqlama verəcəyəm”.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-06-2022, 17:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər