“İnsanlar gözləyirdi ki, yay gəlsin, doyunca meyvə yesinlər...“ - Deputat bahalıqdan gileyləndi
Artıq yay fəslini yaşayırıq. Yayda isə meyvə-təvəzlərin qiyməti ucuz olur.
Lakin bu il vəziyyət bir az fərqli oldu. İstehlakçıların çoxu pomidorun və digər tərəvəz məhsullarının qiymətlərinin baha olmasından şikayətçidirlər. Bu tendensiya isə təkcə pomidora aid deyil. Belə ki, bir meyvələrin qiyməti da olduqca bahadır. Buna səbəb nədir? Qiymətləri bahalaşdıran kəndlidir, yoxsa ayrı-ayrı dələduzlardır? Yenisabah.az-a danışan Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev isə bu məsələyə iki aspektdən yanaşır:
“Birinci aspekt bundan ibarətdir ki, meyvə və tərəvəz məhsullarının qiyməti aşağı düşəndə minlərlə sahibkar ziyan çəkdi, müxtəlif istixanalar bağlandı və nəticədə minlərlə iş yerləri qapandı. Bu prizmadan yanaşsaq, qiymətlərin bu şəkildə olması iş adamlarını stimullaşdırır və onları daha çox iş yeri açmağa vadar edir.
İkincisi isə Azərbaycan bazarında bu məhsullarına azlığı səbəbindən qiymətlər bu il bahadır. Qiymətlərin baha olmasının isə yeganə bir səbəbi var: Bu da Rusiyaya tətbiq olunan sanksiyalardır. Çünki Rusiya əvvəllər Azərbaycandan gələn meyvə və tərəvəzlərə müəyyən şərtlər qoyurdu, sərhəddə problem yaradırdı. Amma bu il müxtəlif ölkələr sanksiya tətbiq etdiyinə görə, oraya məhsullar göndərilmir. Ona görə də, Azərbaycan sahibkarları öz məhsullarını ora göndərə bilirlər. Yəni Rusiyaya göndərib orada yaxşı pul qazandıqlarına görə, bu məhsulların Azərbaycan bazarında qiymətləri bahadır. Bu baxımdan da, bazarda belə bir qıtlıq yaranır”.
Dpeutat əmindir ki, bu vəziyyət, əsasən, şəhər adamlarını “vurur”:
“Şəhərdə yaşayanlar pomidoru və meyvələri almaq məcburiyyətindədirlər. Çünki onların öz həyətləri yoxdur ki, bunu əkib becərsinlər. Amma kənd əhalisi bu məsələdə daha üstündür. Kimin torpağı varsa, heç olmasa 1 sot torpağında onlar bu kənd təsərrüfatı məhsullarını yetişdirir və birtəhər dolana bilirlər. Lakin şəhərdə yaşayan əhalinin vəziyyəti bahalaşma nəticəsində çox ağırdır. Çünki insanların bir çoxu düşünürdü ki, yay gəlsin və doyunca meyvə-tərəvəz alım, uşağıma yedizdirim və həyatımız bir az yüngülləşsin. Amma təəssüf ki, bu il də bu şəkildə bahaçılıq oldu və insanlar çətin dövrə düşməli oldular”.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-06-2022, 16:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər