reklam
Regionxeberlericom.az » Sosial » "Mən niyə 1000 manat verməliyəm?!" - ETİRAZ

reklam

"Mən niyə 1000 manat verməliyəm?!" - ETİRAZ


“Şikayətim ən çox Ülkər xanımdandır. Qızımın birinci həkimidir, ondan sonra heç baxmadı. Sənədləri də gətirdim, baxmadı. Başqa adamın adından mənə xəbər göndərdi ki, gətirsin 1000 manat versin, əlillik düzəldək. Mən niyə 1000 manat verməliyəm?! Mənim uşağım xəstə ola-ola…”

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin binasının qarşısında hər kəs əlində bir torba sənədlə gözləyir. Onların əksəriyyəti əlilliyin təyin olunmasından imtinaya görə bura yığışıblar.

Sahabxanım Yolçuyevanın qızı Sevda Yolçuyeva epilepsiya xəstəliyindən əziyyət çəkir. O, II qrup əlil kimi ötən ilə qədər 5 il pensiya alıb, amma indi ekspertizadan bildirirlər ki, ona əlilliyin verilməsi üçün əsas yoxdur.

Valideyn iddia edir ki, Agentliyin həkimi onun qızına əlillik dərəcəsi vermək üçün rüşvət istəyib.

Qədir Rzayev 2006-cı ildən 2-ci qrup əlil kimi pensiya alıb. Bir ildir pensiyası kəsilib.

Şikayətçilər deyir ki, pensiyaları kəsiləndən onlara ömürlük yazılan dərmanları ala bilmirlər. Xəstəxanalara gedib-gəlməkdən əllərində-ovuclarında olan pul da çıxır. Onlar deyir ki, heç bir dövlət xəstəxanasında pulsuz müalicə ala bilmirlər.

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirdilər ki, əlilliyin verilməsi üçün heç kimdən rüşvət istənilməyib.

Cavabda bildirilir ki, Sevda Yolçiyeva Reabilitasiya Agentliyində əyani müayinəyə cəlb edilib və nəticədə diaqnozu təsdiq olunmayıb deyə əlilliyinin qiymətləndirilməsi ilə bağlı imtina qərarı verilib.

Almara Sural Reabilitasiya Agentliyində əyani müayinədən keçdikdən sonra bu ilin fevralın 21-də ona 5 il müddətinə II dərəcə əlillik təyin edilib.

Qədir Rzayevin tibbi sənədlərində müəyyən çatışmazlıqlar olduğu üçün göndəriş səhiyyə müəssisəsinə geri qaytarılıb. Çatışmazlıqlar aradan qaldırılandan sonra vətəndaş yenidən əlilliyin qiymətləndirilməsi üçün Agentliyə müraciət edə bilər.




Paylaş:


Müəllif : Tarix:
15-06-2022, 09:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər