Belə çıxır ki, ermənilərin Türkiyəyə gedişi bizdən daha rahatdır... - FAKT BUDUR!
Quru sərhədlərin bağlı olması vətəndaşların hava yollarından istifadəsinə məcburiyyət yaradır. Lakin təyyarə biletlərinin qiyməti xeyli insanın büdcəsinə uyğun gəlmir. Xüsusən yay aylarında istirahət üçün ən çox üz tutduğumuz ölkələr qonşu Gürcüstan və qardaş Türkiyədir. Lakin iş bilet almağa gələndə, çoxunun arzusu ürəyində qalır. Məsələn, İrəvandan Türkiyəyə bilet 60-70 dollardırsa, Azərbaycandan 500-600 manatdır. Qardaş ölkəyə səfər etmək niyə bu qədər baha olmalıdır? Belə çıxır ki, ermənilərin Türkiyəyə gedişi bizdən daha rahatdır. Bunun siyasi tərəfi də ayrı bir müzakirə mövzusudur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Pravda.az-a açıqlamasında bildirib ki, Azərbaycan İnvestisiya Holdinqində bu məsələ hazırda diqqətlə müzakirə olunur.
“Bununla bağlı ölçü götürüləcək. Belə düşünürəm ki, 1 aya hansısa bir qərar verilməlidir. Məsələnin səbəbləri araşdırılıb, həlli yolları tapılmalıdır”, - deputat deyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-06-2022, 15:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər