reklam
Regionxeberlericom.az » Sosial » Erməni şirkətinin Bakıda təxribatı - Xalqın cibinə girirlər

reklam

Erməni şirkətinin Bakıda təxribatı - Xalqın cibinə girirlər


Bir müddət öncə taksi xidmətlərinin həddindən artıq ucuz olması və bu səbəbdən dolayı taksi sürücülərinin etirazı gündəmə gəlmişdi. Bundan istifadə edən bəzi şirkətlər qiyməti birdən -birə 2 dəfə qaldırıblar. SİTAT.İNFO-nun müxbiri son bir həftədə, taksi xidmətlərinin qiymətini araşdırıb, müqayisə edib.

Məlum olub ki, "Bolt" və "Uber" kimi şirkətlər son bir həftədir ki, taksi xidmətini bahalaşdırıblar.

Bu bahalaşmanın dərəcəsi məsafədən asılı olaraq dəyişir.

Misal üçün "Bolt"la "Neftçilər" metrosu yaxınlığından Yeni Günəşli qəsəbəsinə axşam saatlarında 2 manata getmək mümkün idisə, indi bu qiymət minumum 4-5 manat civarında olub.

Uberdə də demək olar ki, eyni qiymətlərdir Maksimum 30-40 qəpik fərq edə bilər.

Dünən axşam saatlarında, elə də pik olmayan saatda Bolt sərnişini 4 manat 70 qəpiyə Neftçilərdən Yəni Günəşliyə aparıb.

Özəl taksilərdə isə qiymət o qədər də bahalaşmayıb. Sürücülər standart qiymətlərlə işləyirlər.

Bolt və Uber şirkətlərində çalışan sürücükər bunu belə əsaslandırırlar:"Bu sahədə vəziyyət acınacaqlıdır. Heç bir sürücü taksi şirkətlərindən razı deyil. Qazandığımız benzinə, şirkətə və maşının sıradan çıxan ehtiyat hisslərinə gedir. Şirkət çox hallarda elə bir sifariş verir ki, məcbur olub, gedirik. Getməsən də kənarlaşdırıla bilərsən. Qara Qarayevdən Qaraçuxura 1 manat 40 qəpiyə getdiyimiz vaxtlar olub. Buna dəyərmi? Biz sürücülərə qarşı haqsızlıqdır. Son günlər müəyyən qədər bahalaşma var. Baxırsan ki, şirkət gediş haqqını normal yazır. Açığı bahalaşma biz taksi sürücülərinin xeyrinədir. Ancaq gərək camaatda da pul ola".

Bəs, bu bahalaşma təkcə Uber və Bolt şirkətlərindədirmi?

Məsələ ilə bağlı *2111 taksi şirkəti ilə əlaqə saxladıq. Operator da bunu təsdiqlədi. Bildirdi ki, son günlər xidmətlərin bahalaşması ilə bağlı şikayətlər daxil olur.

Xatırladaq ki, "Uber" və "Bolt" şirkətləri erməni səhmdarlara məxsusdur. Bu şirkətlər Azərbaycanda ən ucuz taksi fəaliyyəti göstərən şirkətlər hesab olunurlar.




Paylaş:


Müəllif : Tarix:
16-06-2022, 09:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər