reklam
Regionxeberlericom.az » Sosial » Narazı hərbçilər nazirliyə qalib gəldi: - “Pul kompensasiyasının artırılması qərarı...” -

reklam

Narazı hərbçilər nazirliyə qalib gəldi: - “Pul kompensasiyasının artırılması qərarı...” -


“Artıq onlarla hərbi qulluqçu tərəfindən məhkəmələrə müraciətlər göndərilib. Lakin burada kollektiv müraciətdən söhbət getmir. Çünki biz hər kəsin yalnız fərdi qaydada məhkəməyə müraciət etməsi ilə bağlı razılaşdıq”.

Bu sözləri ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib. Polkovnik məhkəməyə müraciət edənlərinin sadəcə Bakı şəhəri ilə məhdudlaşmadığını, bütün respublika üzrə olduğunu deyib:

“Mənim şəxsən tanıdığım, məhkəməyə müraciət edən onlarla zabit dostum var. Bu məsələlərin hüquqi tərəfi ilə bizim hüquqşünas zabit dostumuz, polkovnik-leytenant İlqar Allahverdiyev məşğul olur. Hazırda məhkəmə tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fonduna qarşı bəzi iddialar təmin olunub. Mənim iddiam hələ ki, təmin olunmayıb. Amma Allahverdi Məmmədov, Əfqan Səmədov, Rövşən Novruzov və digər zabit dostlarımızın xeyrinə artıq məhkəmə qərarları var. Yəni onlara həmin vəsaitlər ödənilməlidir. Onlar məhkəmədə qalib gəliblər və iddianın təmin olunması qanuni qüvvəyə minib”.

Üzeyir Cəfərov qeyd edib ki, bu ay ərzində və ya gələn ay sonuncu məsələ ilə bağlı da qərar verilə bilər:

“Orada hərbi qulluqçuların 2013-cü ildən bu günə qədər ödənilməyən ərzaq əvəzinə pul kompensasiyasının 64 deyil, 128 manat olması iddiası var. Həmçinin, 2021-ci ilin dekabrında ölkə başçısının sərəncamı bütün xidmətdə olan hərbi qulluqçulara şamil olunduğu halda, nazirliyin bu sənədi ehtiyatda və istefeda olan xüsusi rütbəlilərə şamil etməməsi hərbçilər tərəfindən neqativ qarşılanır. Buna görə də iddialar qaldırıldı və yəqin ki, onlara da yaxın həftələrdə baxılacaq”.




Paylaş:


Müəllif : Tarix:
17-06-2022, 16:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər