reklam
Regionxeberlericom.az » Sosial » “İstirahət və müalicə pulumuz kəsilib” - deputat GİLEY EDİR

reklam

“İstirahət və müalicə pulumuz kəsilib” - deputat GİLEY EDİR


"Millət vəkillərinin maaşında artım var, qarşılığında bunu da istəyərdim biləsiniz ki, biz iki aylıq əmək haqqı məbləğində məzuniyyətə çıxırdıq. Bu, bizim istirahət və müalicəmiz üçün idi. Qanunda edilmiş düzəlişə görə daha bunu almayacağıq".


Bu sözləri Cebhe.info-ya millət vəkili Elman Nəsirov deputatların maaşının artması və bunun cəmiyyətdə etirazla qarşılanmasıdan danışarkən deyib. Milli Məclis üzvü maaş artımının qarşılığında onlar üçün tətbiq edilən məhdudiyyətlərdən də söz açmaqla deputatları qınayanlara cavab verib:


"1730 manat deputatlıq maaşımız idi və biz deputatlıq fəaliyyətimizi həyata keçirmək üçün bunun 50 faizi həcmində vəsait alırdıq. Həmin vəsaitdən vergi tutulmurdu. Qanuna edilmiş yeni düzəlişə görə, bu, bizə verilməyəcək. İndiki halda söhbət yalnız vəzifə maaşından gedir".


Qeyd edək ki, artıq neçə gündür ki, sosial şəbəkələrdə millət vəkillərinin maaşının artırılması müzakirə olunur.




Paylaş:


Müəllif : Tarix:
24-06-2022, 13:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər