24 saat işlədiyini deyən deputat: - "Elə olur ki, partlayırsan, ağlayırsan..."
"Əslində götürsəniz, maaş elə də artırılmayıb. Deputatlar istirahətə gedəndə onlara əməkhaqqının iki misli qədər müalicə pulu verirdilər. Bu kəsildi. İldə 4 dəfə bayram mükafatları olaraq bizə təxminən 600 manat verilirdi. Bu da kəsildi. Həmin pulu kəsib maaşa əlavə ediblər ki, yalnız maaş olsun. Təxminən 700 manat maaş artımı olub".
Bu sözləri millət vəkili Aqil Abbas İTV-yə müsahibəsi zamanı deputatların maaşından söz açarkən deyib. Böyük maaş artımının olmadığını qeyd edən deputat digər strukturda işləyənlərin də maaşının artmasını qeyd edərək, bu məsələdə deputatlara qarşı xüsusi qərəzin olduğunu bildirib:
"Niyə hakimləri, prokurorları demirsiniz?! Onların da maaşı artıb. Məqsədli şəkildə söyməyi deputatlara yönləndirirlər. Deputat 24 saat işləyir. Gecə saat üçdə sizə zəng edib xəstəxanaya çağırıblar? Sizi tanımadığınız adam toya çağırmır, eləmi? Amma deputatları tanımadığı adamlar da toya çağırır".
Tanımadığı şəxslərin toylarına getdiyini deyən deputat yaxınlarda Saatlıda belə məclislərdən birinə getdiyini bildirib. O, bunu da maaş xərcinə əlavə edib:
"Qazidir, çağırıb getmişəm. Öz dostumun oğlunun toyunu qoyub ora getdim. Çünki qazidir, getməliyəm. Özü də deputat təkcə öz rayonunu təmsil etmir. Mən Ağcəbədi-Füzulinin deputatıyam. Bütün Qarabağdan mənə zəng edirlər. Ağdamlılar hələ də məni öz deputatları hesab edirlər. Mənə hər yerdən zəng vururlar".
Aqil Abbas əvvəlki maaşının 1750 manat, indi isə artımla 2450 manat olduğunu açıqlayıb:
"Deputat nə qədər görüşlərdə olur. Ağcabədi, Füzuliyə neçə kilometrlərlə məsafə var. Nə bilim, hər ay nə qədər yerə getməli, insanlarla görüşməliyik. 1750 manatı da bütöv almırdıq. Onun 400 manatını vergi tuturdular. Artandan sonra yəqin 500-600 manatını vergi tutacaqlar. Parlamentdən çıxıram, jurnalist yaxınlaşıb mənə sual verir ki, maaşı nə edəcəksiniz? Buna nə cavab verəsən? Nə istəyirsiniz bu deputatlardan?! Həqiqətən də deputatların problemləri çoxdur. Elə olur ki, kömək edə bilmirsən, partlayırsan, ağlayırsan ki, buna niyə kömək edə bilmədim. Deputat qapısına gələn adamı ümidsiz, köməksiz geri qaytarmır. Sadəcə olaraq, indi düşüblər deputatların üstünə".
Paylaş:
Müəllif : Yazar
Tarix:24-06-2022, 16:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər