reklam
Regionxeberlericom.az » Sosial » Azdramdan talanan əşyalar haqda – RƏSMİ AÇIQLAMA

reklam

Azdramdan talanan əşyalar haqda – RƏSMİ AÇIQLAMA


Akademik Milli Dram Teatrının tamaşalarında istifadə olunan əşyalar həqiqi (natural) yox, onların oxşarı kimi hazırlanan butaforlardır. O cümlədən, qızıl, gümüş və digər qiymətli əşyaların oxşarı hazırlanır. Tamaşa repertuardan çıxarılandan sonra isə istifadə olunan əşyalar teatrda qorunub-saxlanılır. Bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən verilən cavabda bildirilib.

Qeyd edilib ki, ittihamlar teatrın 90-cı illərdəki fəaliyyətinə təsadüf edir və heç vaxt öz təsdiqini tapmayıb:

“Akademik Milli Dram Teatrının rəhbərliyi və kollektivi xalq artisti Əli Nurun 20.06.2022-ci il və 21.06.2022-ci il tarixlərində internet saytlarında dərc olunan müsahibəsi ilə tanışdır. Xalq artistinin bu ittihamlarla çıxış etməsi ilk dəfə deyil. Məlumat üçün bildirək ki, “Ədirnə fəthi” tamaşasında istifadə olunan beşaçılan bu gün də teatrda saxlanılır. Son 30 ilə yaxın müddətdə Akademik Milli Dram Teatrı 2 dəfə əsaslı təmirə bağlanıb. Təmirdən sonra teatrın balansında olan çilçıraqlar qanunvericiliyə, təhvil-təslim aktına uyğun olaraq, müvafiq mədəniyyət idarələrinin istifadəsi üçün verilib. 1996-cı ildə olan əsaslı təmirdən sonra teatrın əlbəsə sexi daha da zənginləşdirilib. Təmirdən sonra teatr əvvəlkindən daha dəyərli çilçıraqlarla təmin olunub. O cümlədən, təmirdən sonra foyelərdəki xalçalar da yeniləri ilə əvəz olunub”.

Nazirlikdən həmçinin vurğulanıb ki, keçən əsrdə tamaşalarda istifadə olunan əşyalar hələ də qorunub saxlanır:

“Səhnəyə gəldikdə isə nəzərinizə çatdırırıq ki, tamaşalarda çox nadir hallarda xalçadan istifadə olunur. Rəssamlar tərəfindən səhnə-döşəmə örtükləri xalça naxışları və s. ornamentlərlə bəzədilir. Hazırda əlbəsə sexində qeydiyyatda olan xalçalar belə teatrdadır, zərurət olduqda onlardan istifadə edilir. Həmçinin, istifadəsi mümkün olmasa belə, 60 il əvvəl hazırlanmış uzunboğaz çəkmələr də hazırda teatrda qorunub-saxlanılır, yeniləri isə onlara uyğun düzəldilir.

Əli Nur bütün bunlar haqqında məlumat almağı məqsədəuyğun hesab edirsə, onu üç gün ərzində teatrdakı bütün sexlərlə tanış edə bilərik”.

Qeyd edək ki, xalq artisti, Prezident təqaüdçüsü Əli Nur Azdramdan tamaşalarda istifadə edilən qiymətli əşyaların talandığını bildirmişdi.




Paylaş:


Müəllif : Tarix:
24-06-2022, 16:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər