MTN polkovniki ağladı: - “Həyatımı niyə puç elədiniz?...”
Uzun illər Milli Təhlükəsizlik Nazirliyində (MTN) çalışmış, nazirliyin Qusar və Kürdəmir şöbələrinin rəisi olmuş polkovnik Bahadır Qocayev xeyli vaxtdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunurdu. Ona qarşı külli miqdarda ziyan vurmaqla dələduzluq, rüşvət verməyə təhrik kimi əməllərə görə ittiham irəli sürülüb.
Regionxeberleri.com Bizimyol.info-ya istinadla xəbər verir ki, 1963-cü il təvəllüdlü Bahadır Qocayevə iyunun 24-də hökm oxunub. Hakim İradə Həsənzadənin sədrliyilə çıxarılan hökmə əsasən, Bahadır Qocayev 5 il 6 ay azadlıqdan məhrum edilib.
MTN polkovniki haqqında çıxarılan hökmü eşidəndə ağlayıb, vəziyyəti pisləşib. “Mənə niyə bu cəzanı verdiniz? Mənim həyatımı niyə puç elədiniz?”
Penitensiar Xidmətin əməkdaşları 59 yaşlı Bahadır Qocayevi çətinliklə məhkəmə zalından çıxarıblar. Hökmdən əvvəl son sözündə deyib ki, ona qarşı ittihamlar əsassızdır. 26 il əməliyyatçı kimi fəaliyyət göstərdiyini, dövlət qarşısında xidmətləri olduğunu deyən Bahadır Qocayev bildirib ki, heç kimə qarşı dələduzluq etməyib, heç kimdən pul tələb eləməyib. Onun sözlərinə görə, ədavəti olan Rafiq Muradov adlı şəxs bu işin arxasında dayanır.
Rafiq Muradovla Bahadır Qocayev arasında ev qalmaqalı var. Onların mübahisəsilə əlaqədar uzum müddət məhkəmə çəkişməsi gedib. Rafiq Muradovun sözlərinə görə, Xaçmaz rayonunda yerləşən evi borc pul əvəzinə Bahadır Qocayev etibarnamə ilə verib. O da həmin evi qanuni əsaslarla alıb. Lakin sonradan Bahadır Qocayev evinin ələ keçirildiyini iddia edərək, müqavilənin ləğvini tələb edib. Bununla əlaqədar onların arasında uzun müddət mülki qaydada məhkəmə çəkişməsi gedib.
“Allah xatirinə, o evi də istəmirəm. Gedib Biləsuvardakı ata evimdə oturaram, bircə məni buradan çıxarın. Məni bədbəxt eləməyin”, - Bahadır Qocayev bildirib.
O əlavə edib ki, dələduz, cinayətkar deyil. MTN polkovniki iddia edib ki, heç vaxt pulgir olmayıb. O qədər pis dolanıb ki, hətta nişan üzüyünü də dolanışığa görə satıb: “Əynimdəki şalvardan başqa heç nəyim yoxdur. Yaşadığım mənzili də qayınatam alıb. İki saat evimdə axtarış apardılar, heç nə tapmadılar. Görmüşük ki, evdən axtarışda qızıl nəsə tapılar. Heç nişan üzüyünü də tapmadılar. Çünki dolanışığa görə satıb, pulunu yemişdik”.
Bahadır Qocayev deyir ki, dəfələrlə prezidentə şikayət məktubu göndərib, xidmətlərinin nəzərə alınmasını istəyib: “Mən həmişə vətənimin təhlükəsizliyinə xələl gətirənlərin qarşısında olmuşam. Allaha xatir, mənə kömək edin. Məni bədbəxt eləməyin. 9 aydır həbsdəyəm. Kimsə mənimlə prinsip aparırsa da, əl çəksin. Bu artıq düşmənçilikdir...”
2015-ci ilin oktyabrında MTN-də Eldar Mahmudovun vəzifədən çıxarılması, bir neçə general da daxil, 20-dən artıq vəzifəli şəxsin həbsi ilə nəticələnən əməliyyatdan sonra Bahadır Qocayev də işdən çıxarılıb. Ondan sonra Bahadır Qocayev Lənkərən Dövlət Universitetinin prorektoru təyin edilmişdi.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-06-2022, 16:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər